Famaqusta darvazası () — Nikosiya şəhərində Venesiya dövründə tikilmiş üç darvazadan biri.

Tarixi Darvaza 1567–1570-ci illərdə venesiyalı memar Culio Savornyano tərəfindən dizayn edilmişdir. Onun adından darvaza "Porta Culiana" adlandırılmışdır. Qapı şəhər istehkamlarında tunel yaradır, tağın mərkəzi hissəsindəki okulusla işıqlandırılır. Darvazanın hər iki tərəfində iki otaq var. 1981-ci ildə geniş restavrasiya işlərindən sonra darvaza mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir; burada sərgilər, debatlar və konsertlər təşkil olunur.

Qalereya

İstinadlar

Kateqoriya:Kiprin görməli yerləri Kateqoriya:Nikosiya tikililəri