Karla Diaz (; ) — ispaniyalı aktrisa və rəqqasə.

Bioqrafiya Diaz 19 iyul 1998-ci ildə Madrid şəhərində anadan olmuşdur. Ailəsi uşaqlığından bəri rəqs məktəbi işlədir. Diazın rəqsə olan marağı da bu məktəbdən yaranmışdır. Diaz aktrisalıq fəaliyyətinə 2007-ci ildə - 9 yaşında televiziya reklamına çəkilərək başladı. İlk böyük televiziya rolunu 2011-ci ildə yayımlanan "Punta Escarlata" serialında Patrisia Rozas olaraq aldı. Həmçinin "Tierra de lobos" (2010-2014) serialında dörd bacının ən kiçiyi olaraq, "El Príncipe" (2014-2016) serialında Ben Barek bacılarının ən kiçiyi olaraq, "Seis hermanas" (2015-2017) serialında isə altı bacının ən kiçiyi olaraq rol aldı. 2020-ci ilin iyul ayında gənc dram janrında "Elite" serialının dördüncü mövsümündə Ari rolunu canlandırdı.

Filmoqrafiya

Televiziya İlBaşlıqRolQeydİst.2009StajGənc LusiaEpizodik rol2010AidaKamboriaEpizodik rol2010Qırmızı qartalMarqarita (uşaq)Epizodik rol2010–2014Canavar diyarıRoza "Rozita" LaboBaş rol2011Punta EscarlataPatrisia RozasBaş rol2012KarminaKarmina Ordonez (uşaq)Miniserial2014QardaşlarMartaMiniserial2014–2016ŞahzadəNayat Ben BarekBaş rol2015–2017Altı bacıEliza SilvaBaş rol2015TeresaTereza (hazırkı gün)Telefilm2018Sevgi əbədidirAna Belen Tunon de Guevara RoblesTəkrarlanan rol2018Paquita SalasOfsiantQonaq rol. 1 seriya2019Ov. MonteperdidoAna MontrelBaş rol2020Analar. Sevgi və həyatElzaTəkrarlanan rol2021EliteAriadna "Ari" Blanko KommerfordBaş rol

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İspaniya aktrisaları Kateqoriya:Uşaq aktyorlar