Ovan Simonyan (; ) — Ermənistanın tarixi, tarixi coğrafiyası və mədəniyyəti üzrə ixtisaslaşmış erməni əsilli İsveçrə alimi. O, Livanın Beyrut şəhərində, bir erməni ailəsində anadan olmuşdur. Simonyan 1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayanda ailəsi ilə birlikdə İsveçrəyə köçmüşdür. O, "The Hemshin: History, Society and Identity in the Highlands of Northeast Turkey" kitabının redaktoru və Riçard Dəkməçiyan ilə "Troubled Waters: the Geopolitics of the Caspian Region" kitabının həmmüəllifi, həmçinin Piter Qreçdakyan və Mark Arslan ilə birlikdə "Armenian DNA Project"in idarəçisidir.
İstinadlar
Kateqoriya:Livan yazıçıları Kateqoriya:Erməni tarixçilər Kateqoriya:Erməniəsilli livanlılar