thumb|400px|Türk xaqanlığı Bu, Göytürklərin Türk xaqanlığının yaranmasından İkinci Göytürk xaqanlığının sonuna qədər olan tarixinin xronologiyasıdır. V əsr İl Tarix Hadisələr 439 Müasir Turfan ətrafında məskunlaşan Aşina kimi tanınan hun tayfalarının 500 ailəsi onları Altay dağlarına köçürən Jujan xaqanlığına tabe edilir.

VI əsr İl Tarix Hadisələr 534 Aşinalı Bumın xaqan türklərin başçısı olur, daha şərqə, Xuanxe çayına (Sarı çay) doğru köç edirlər. 545 Türklər Qərbi Vey ilə ittifaq qururlar. 546 Bumın xaqan Jujuan xaqanlığında baş verən Telelərin üsyanını yatırır və xidməti üçün bir Jujuan şahzadəsi istəyir. İstəyi geri çevrildikdən sonr müstəqilliyini elan edir 551 Bumın özünü xaqan və türklərin ali hökmdarı elan edir. Bumın xaqan Qərbi Vey şahzadəsi Çanqla ilə evlənir. 552 Bumın xaqan Jujuan xaqanı Yuyçzülyü Anaxuanı (Dayanan xan) məğlub edir və Anaxuan intihar edir; Bumın Ötükəni fəth etdikdən sonra özünü Türk xaqanlığının İllıq xaqanı elan edir; tezliklə Bumın ölür və yerinə oğlu Qara İssıq xaqan keçir. 553 İssı1 xaqan Jujuan xaqanlığına hücumunu davam etdirir və ölür; onun yerinə qardaşı. Muğan xaqan keçir 554 Muğan xaqan Jujuan xaqanlığını məğlub edir. 557 Buxara döyüşü: Qərbi Göytürk xaqanı İstəmi (Bumınin qardaşı) Sasanilər imperiyası ilə ittifaq bağlayaraq eftalitlərə (Ağ hunlar) hücum edirlər. 563 Qərbi Göytürk xaqanı İstəmi xaqan döyüşdə Ağ hunları məğlub edir. 568 Elçilər Bizans imperatorluğuna gələrək, onlardan Qərbi Göytürk xaqanlığına tabe olan avarları təslim etmələrini xahiş edirlər. 572 Muğan xaqan ölür və onun yerinə qardaşı Taspar xaqan keçir. 580 Taspar xaqan Şimali Çjou şahzadəsi Qianjin ilə evlənir. 581 Göytürk vətəndaş müharibəsi:Taspar xaqan ölür və onun təyin etdiyi varisi Muğan xaqanın oğlu Apa xaqan İssıq xaqanın oğlu İşbara xaqanla döyüşə gedir; Taspar xaqanın oğlu Amrak xaqan taxt iddiasından əl çəkir. 582 İşbara xaqan Çinə hücum edir. 583 Göytürk vətəndaş müharibəsi: Apa xaqan İşbara xaqan tərəfindən məğlub edilir və Qərbi Göytürk xaqanı İstəmi xaqanın oğlu Tardu xaqanın yanına qaçır. 584 Göytürk vətəndaş müharibəsi: Qərbi Göytürk xaqanı Tardu Şərqi Göytürk xaqanı İşbara xaqanı məğlub edir. 585 Şərqi Göytürk xaqanı İşbara xaqan Suy sülaləsi tərəfindən məğlub edilir. 587 Şərqi Göytürk xaqanı Tulan xaqan Bağa xaqanın oğlu Yami xaqanın üzərinə hücum edir və onu Suy xanədanına qaçmağa məcbur edir. 588 Birinci fars-türk müharibəsi: Şərqi Göytürk xaqanı Bağa xaqan Herata hücum edir, lakin məğlub olur, ox zərbəsindən ölür; Onun yerinə İşbara xaqanın oğlu Tulan xaqan keçir. 597 Şərqi Göytürk xaqanı Tulan xaqan Bağa xaqanın oğlu Yami xaqanın üzərinə hücum edir və onu Suy xanədanına qaçmağa məcbur buraxır. 599 Şərqi Göytürk xaqanı Tulan xaan tabeliyində olanlar tərəfindən öldürülür və onun yerinə Bağa xaqanın oğlu Yami xaqan keçir. Qərbi Göytürk xaqanı Tardu isə özünü bütün türklərin hökmdarı elan edir. Qərbi Göytürk xaqanı Tardu xaqan Suy xanədanına hücum edir

VII əsr İl Tarix Hadisələr 600 Qərbi Göytürk xaqanı Tardu Suy sülaləsinə hücum edir. 602 Qərbi Göytürk xaqanı Tardu Ordosda Şərqi Göytürk xaqanı Yami xaqana hücum edir. 603 Qərbi Göytürk xaqanı Tardu devrilərək Toqona qaçır; onun yerinə Tardunun nəvəsi Taman xaqan keçir. 605 Şərqi Göytürk xaqanı Yami xaqan Suy sülaləsi adından xitaylara hücum edir. Qərbi Göytürk xaqanı Taman üsyan səbəbindən Suyların yanına qaçmağa məcbur olur. 610 Qərbi Göytürk xaqanı Taman onun yerinə keçən Tardunun nəvəsi Şekuy xaqan tərəfindən məğlub edilir. 611 Şərqi Göytürk xaqanı Yami xaqanın yerinə oğlu Şibi xaqan keçir. Taman xaqan Suy sülaləsinə qaçır. 615 Şərqi Göytürk xaqanı Şibi xaqan Suylara hücum edir. 617 Şərqi Göytürk xaqanı Şibi xaqan Suy sülaləsinə qarşı üsyanında Tan imperatoru Qaocjuya kömək edir. Qərbi Göytürk xaqanı Şekuy xaqanın yerinə qardaşı Tonq Yabqu xaqan keçir. 618 Taman xaqan Şərqi Göytürk xaqanlığının elçiləri tərəfindən öldürülür. 619 Şərqi Göytürk xaqanı Şibi xaqanın yerinə qardaşı Çula xaqan keçir. 620 Şərqi Göytürk xaqanı Çula xaqanın yerinə onun qardaşı İllig xaqan keçir. 622 Şərqi Göytürk xaqanı İllig xaqan Tan sülaləsinə hücum edir. 624 Şərqi Göytürk xaqanı İllig xaqan və onun qardaşı oğlu Tolis xaqan Tanın ərazilərini işğal edir, lakin Li Şimin Tolislə əlaqə saxlayır və onu hücum etməməyə inandıraraq, işğalı dayandırmağa məcbur edir. 625 Şərqi Göytürk xaqanı İllig xaqan Tanın sülaləsinin ərazilərinə basqınlar edir, lakin geri çəkilir. 626 Şərqi Göytürk xaqanı İllig xaqan Tanın sülaləsinin ərazilərini işğal edir və yeni tac taxmış Tan imperatoru Tay Tsunq xərac ödəməyə razı olur. 627 Üçüncü fars-türk müharibəsi: Qərbi Göytürk xaqanı Tonq Yabqu xaqan Sasanilər imperiyasına hücum edərək Dərbənd və Tiflisi tutur. Qarluqlar Qərbi Göytürk xaqanlığına qarşı üsyan qaldırırlar. Tan və uyğur qoşunları türklər və tibetlilərlə döyüşə girir. 628 Seyanto xaqanlığı və Tatabılar Şərqi Göytürk xaqanlığına qarşı üsyan qaldırırlar. 630 Tanın Şərqi türklərə səfəri: Şərqi Göytürk xaqanı İllig xaqan Tan sülaləsindən Li Cjin tərəfindən məğlub edilir və Li Şici tərəfindən əsir götürülür, lakin azad edilir; Şərqi Göytürk xaqanlığı Tan sülaləsinin vassalı olur. Syuantzan Qərbi Göytürk xaqanı Tonq Yabqu xaqanın sarayına səfər edir. Qərbi Göytürk xaqanı Tonq Yabqu xaqan əmisi Bağatur xaqan tərəfindən öldürülür. Qərbi Göytürk xaqanı Bağatur xaqan Tonq Yabqu xaqan oğlu Si Yabqu xaqan tərəfindən öldürülür. Qərbi Göytürk xaqanlığı iki tayfa konfederasiyasına; Qərbi Nuşibilər və Şərqi Tululara parçalanır, onlar birlikdə On Oq (On ox) kimi tanınırlar. 632 Qərbi Göytürk xaqanı Si Yabqu xaqan devirilir; onun yerinə Tonq Yabqu xaqanın yaxın qohumu Bağa Şadın oğlu Nişa Tulu xaqan keçir. 634 Qərbi Göytürk xaqanı Nişa Tulu xaqan taxtdan əl çəkir və onun yerinə qardaşı İşbara Teriş keçir. 638 Qərbi Göytürk xaqanı İşbara Teriş xaqan İllig xaqanın oğlu Yükük şadın xeyrinə devrilir. 642 Qərbi Göytürk xaqanı Yükük şad qərbə qaçır və onun yerinə İşbara Terişin nəvəsi İrbis Şekuy xaqan keçir. 649 Qərbi Göytürk xaqanı İrbis Şekuy qərbə qaçır və onun yerinə İstəmi xaqanın nəslindən olan Xallıq İşbara Yabqu xaqan gətirilir. 651 Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu Cjimasara hücum edir. 653 İnan Cençu yabqu Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu üzərinə hücum edir. 656 Qərbi Göytürk xaqanlığının Qarluq və Turgiş qüvvələri Şen Yaoin tərəfindən məğlub edilir. 657 İrtış çayı döyüşü: Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu xaqan Tan sülaləsindən Su Dinqfanq tərəfindən məğlub edilir. 658 Tanın Qərbi Göytürk xaqanlığını ələ keçirməsi: Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu xaqan Tan sülaləsindən Su Dinqfanq tərəfindən məğlub edilir və ömrünün qalan günlərini Çanqanda keçirir; Qərbi Göytürk xaqanlığı Tana birləşdirilir. 660 Qərbi Göytürk xaqanlığının qalan qüvvələri Tibet imperiyasına qoşularaq Qaşqara hücum edirlər. 665 Qərbi Göytürk xaqanlığının qalan qüvvələri Tibet imperiyasına qoşularaq Yutiana (Xotan) hücum edirlər. 677 Qərbi Göytürk xaqanlığının qalan qüvvələri Tibet imperiyasına qoşularaq Qiucinə (Kuça) hücum edirlər. 679 Çanyu protektoratından Aşide Venfu və Aşide Fenci Aşina Nişufu xaqan elan edir və Tan sülaləsinə qarşı üsyana başlayırlar.Sima Guang, Zizhi Tongjian, Vol. 202 680 Pey Xincjan Aşina Nişufu məğlub edir və Aşina Nişufu onun adamları tərəfindən öldürülür. Aşide Venfu Aşina Funyanı xaqan elan edir və Tan sülaləsinə qarşı üsyan qaldırır. 681 Aşide Venfu and Aşina Funian Pey Xincjana təslim olurlar. İltəriş xaqan Aşina Funyanın adamları ilə ilə üsyan qaldırır. 682 İltəriş xaqan İkinci Göytürk xaqanlığını elan edir. İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. 683 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. 684 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. 685 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. 687 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. 692 İkinci Göytürk xaqanı İltəriş xaqan vəfat edir və onun yerinə qardaşı Qapağan xaqan keçir. 693 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. 694 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. 696 İkinci Göytürk xaqan Qapağan xaqan şərqdə xitanları məğlub edir və Tan sülaləsinə basqın edir. 697 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. 698 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir.

VIII əsr İl Tarix Hadisələr 702 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsi ərazilərinə hücumlar edir. 706 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsi ərazilərinə hücumlar edir. 707 İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsi ərazilərinə hücumlar edir. 711 Bolçu döyüşü: İkinci Göytürk xaqanı Qapağan xaqan Türgiş xaqanlığını məğlub edir. 713 İkinci Göytürk xaqanı Qapağan xaqan Əməvilər xilafətinə qarşı Sogd vilayətinə kömək üçün ordu göndərir, lakin məğlub olur və növbəti il geri çəkilir. 716 22 iyul İkinci Göytürk xaqanı Qapağan xaqan pusquda öldürülür və onun yerinə İltəriş xaqanın oğlu Bilgə xaqan keçir. 720 İkinci Göytürk xaqanı Bilgə xaqan Tan sülaləsi torpaqlarına hücum edir və xərac alır. 726 Orxon çayı yaxınlığında Tonyukuk abidəsi ucaldılır.Rona-tas, 1999, p. 232 731 27 fevral Kültigin vəfat edir.Györffy, 1997, p. 232 734 25 noyabr İkinci Göytürk xaqanı Bilgə xaqana sui-qəsd edilir və onun yerinə gələn oğlu Yollıq xaqan elə həmin ildə vəfat edir; onu anası Qutluq Səbaq xatunun himayəsi altında qardaşı Bilgə Qutluq xan əvəz edir. 741 İkinci Göytürk xaqanı Bilgə Qutluq Tenqri xaqan onun şadlarından biri (vali) Pan Kültiğin tərəfindən öldürülür. Sonra basmıllar tərəfindən məğlub edilir və onun yerinə İltəriş xaqanın oğlu Qutluq Yabqu xaqan keçir. 742 Basmıllar, uyğurlar və qarluqlar İkinci Göytürk xaqanlığına qarşı üsyan edir və Qutluq Yabqu xaqan öldürülür; onun yerinə Pan Kültiğin oğlu Ozmış Teqin xan keçir.Ahmet Taşağıl:Göktürkler, AKDTYK yayınları, , p. 358-9 744 Uyğurlar İkinci Göytürk xaqanlığını darmadağın edərək Uyğur xaqanlığını qururlar; Ozmış Teqin xan öldürülür.

İstinadlar

Ədədbiyyat .

(alk. paper)

.

Kateqoriya:Türk sülalələri Kateqoriya:Türk tarixi Kateqoriya:Xronologiyalar Kateqoriya:Göytürklər