Mini Mansions – Zak Daues, Tayler Parkford və Queens of the Stone Age qrupunun bas ifaçısı Maykl Şumen tərəfindən yaradılmış amerikan indi-pop qrupu.
Tarixi Mini Mansions 2009-cu ildə yaranıb. Onlar 2009-cu ildə öz adlarını daşıyan doqquz parçadan ibarət minialbom buraxıb. 2014-cü ildə onlar 24 mart 2015-ci ildə buraxılmış ikinci studiya albomu The Great Pretenders-dən "Death Is a Girl" adlı sinqlı buraxdılar. 2015-ci ilin noyabrında "Any Emotions", "Freakout!", Arctic Monkeys-dən Aleks Törnerin yer aldığı "Vertigo", "Mirror Mountain", "Double Visions", "Creeps" və "The End, Again" (hamısı The Great Pretenders-dan) mahnılarının klipləri onların Vevo səhifəsində yayımlandı. Həmçinin The B-52-dən Fred Schneider-in yer aldığı B tərəfi "Cheap Leather" üçün də bir klip yayımlandı. 2016-cı ildə qrup PledgeMusic vasitəsilə The Great Pretenders albomunun yayımlanmamış B-tərəflərindən ibarət olan Flashbacks-i buraxdı.
14 mart 2017-ci ildə Mini Mansions-ın üç üzvünün 24 mart 2017-ci ildə Şotlandiyanın Qlazqo şəhərində BBC Radio 6 Musiqi Festivalında Sparks musiqi qrupu ilə çıxış edəcəyi elan edildi.
12 fevral 2019-cu ildə qrupun üçüncü albomu Guy Walks Into a Bar... 26 iyul 2019-cu ildə buraxılacağı məlum oldu. Albomdan əvvəl 28 sentyabr 2018-cu ildə Works Every Time minialbomu buraxılmışdı.
Qrup 2019-cu ilin fevral ayında Guy... albomundan "GummyBear" adlı ilk sinqlı paylaşdı və 13 mart 2019-cu ildə Liam Lynch-in rejissoru olduğu klipin premyerası oldu həmçinin qrupun ABŞ-da yaz konsertləri edəcəyi bildirildi.
Üzvlər Maykl Şumen – vokal, gitara, təbil Zak Daues – bas-gitara Tayler Parkford – klaviatura Con Teodor – təbil (konsert zamanı)
Diskoqrafiya Albomlar Mini Mansions (2010) The Great Pretenders (2015) Guy Walks Into a Bar... (2019)
Toplular Flashbacks (2016)
Mini-albomlar Mini Mansions (2009) ... Besides ... (2012) Works Every Time (2018)
Sinqllar Monk (2010) Kiddie Hypnogogia (2010) Wünderbars (2010) Death Is a Girl (2014) Any Emotions (2015) Freakout! (2015) Vertigo (2015) Double Visions (2015) Works Every Time (2018) Midnight in Tokyo (2018) GummyBear (2019) Hey Lover (2019) Bad Things (That Make You Feel Good) (2019) I'm in Love (2019)
İstinadlar
Kateqoriya:ABŞ musiqi qrupları