Raşizm və ya Rusizm (, ; "Russia" və "Faşizm" sözlərinin birləşməsindən yaranmış mürəkkəb söz) — iddia edilir XXI əsrin I yarısında Rusiya dövlət siyasətinə çevrilmiş, rus xalqınınideyasına əsaslanan faşist xarakterli siyasi idealogiya və təcrübə. Termin, həmçinin "Böyük Rusiya" və aqressiv hərbi ekspansiya ideyalarına əsaslanan Rusiya militarizmini ifadə etmək üçün işlədilir. Tarixi Cövhər Dudayev Rusiyanın Çeçenistanda hərbi fəaliyyətini ultrasağ ideologiyanın təzahür və çiçəklənməsi kimi qiymətləndirən Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayev 1995-ci ildə bu fəaliyyəti təsvir etmək üçün "rusizm" () terminini işlədir. Dudayevə görə "rusizm" — əsasında Böyük Rus şovinizmi dayanan nifrət ideologiyasıdır. Onun fikrincə "rusizm"i faşizm və rasizmdən fərqləndirən əsas xüsusiyyəti insan və təbiətə qarşı həddindən artıq qəddarlıq nümayişidir. İdeyanın əsasında qarşıya çıxan hər şeyin məhv edilməsini ehtiva edən yandırılmış torpaq taktikası durur.

Rusiya Putinin hakimiyyəti dövründə İstinadlar

Kateqoriya:Rus faşizmi Kateqoriya:Rus millətçiliyi Kateqoriya:Siyasi ideologiyalar Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:Antiatlantizm