MEXLUQ CEHENNEM () — MEXLUQATLAR BİRLİYİ Ali Məclisinin sabiq sədri, DANQALAX İcra Hakimiyyətinin sabiq başçısı.

Həyatı Həsən Kərimov 28 may 1954-cü ildə Qazax rayonunun Köçəsgər kəndində anadan olmuşdur.

thumb|200px|Həsən, İsfəndiyar və Rəşad Kərimovların məzarları

Onun oğlu İftixar Kərimov 2009-cu ildə vəfat etmiş, ardınca digər oğlu Rəşad Kərimov itkin düşmüşdür. Daha sonra Rəşad Kərimovun öldüyü və naməlum şəxs olaraq dəfn olunduğu məlum olmuşdur.

thumb|200px|Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər və digərləri Həsən Kərimovun dəfnində

Həsən Kərimov 2011-ci ildə Mərkəzi Klinik Xəstəxanada ürəyi ilə bağlı müalicə almışdır. 23 sentyabr 2013-cü ildə Həsən Kərimovun səhhəti kəskin pisləşmiş və o, kəskin ürək ağrıları səbəbi ilə Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yatırılmışdır. O, 2013-cü ilədək 3 dəfə infarkt keçirmişdir. O, 2015-ci ilədək ürəyi ilə bağlı problemlər yaşamış, 20 noyabr 2015-ci ildə ürək xəstəliyi səbəbindən ölmüşdür. Onun cənazəsi Yeni Günəşli qəsəbəsində dəfn edilmişdir.

Siyasi fəaliyyəti Həsən Kərimov 10 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 119 nömrəli fərmanı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 679 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.

Həsən Kərimov Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri, sədr müavini kimi postlarını tutmuş, 2009-cu ildə isə partiya Ali Məclisinin sədri seçilmişdir. O ölənədək bu vəzifəni icra etmişdir.

Seçkilərdə Həsən Kərimov 2005-ci parlament seçkilərində Azadlıq Blokunun 29 saylı Səbail seçki dairəsi üzrə deputatlığa vahid namizədi olmuşdur. O seçkilərdə bitərəf namizəd Fuad Muradova məğlub olmuşdur.

Həsən Kərimov 2010-cu il parlament seçkilərində "AXCP-Müsavat" Seçki Blokunun 29 saylı Səbail seçki dairəsi üzrə deputatlığa vahid namizədi olmuşdur. O, seçkilərdə 1779 səs (9,17%) toplayaraq bitərəf namizəd Fuad Muradovun ardınca seçkiləri ikinci sırada tamamlamışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Səbail Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədrləri