Nərmin İlqar qızı Xələfova (doğ. 12 yanvar 1994, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2017).

Şahmat karyerası 2010-cu ildə Yunanıstanın Saloniki şəhərində keçirilmiş məktəblilərin şahmat üzrə V Avropa çempionatında birinci yerə çıxıb.

2013-cü ildə qadınlar arasında Bakı çempionatının qalibi olub.

2016-cı ilin sentyabrında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət ikinci komandasının heyətində üçüncü lövhədə çıxış edib.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər FIDE Chess profili

Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları