Kazimej Aydukeviç (; ) — Polşa məntiqçisi və filosofu. O, məntiq üzrə Lvov-Varşava məktəbinə mənsubdur. Aydukeviç dilin semantik nəzəriyyəsini işləyib hazırlamışdır. Onun əsas iş sahəsi məntiqin fəlsəfi şərhidir.
Həyatı Kazimej Aydukeviç 12 dekabr 1890-cı ildə, o zaman Avstriya-Macarıstan ərazisində olan Ternopol şəhərində dövlət xadimi Bronislav Aydukeviç və Maqdalena Qartnerin ailəsində anadan olmuşdur. O, Krakovda ibtidai məktəbi və Lvovda gimnaziyanı bitirmişdir. Aydukeviç 1908-ci ildə Lvov Universitetinə daxil olmuş və burada fəlsəfə, məntiq, riyaziyyat üzrə təhsil almışdır. O, 1912-ci ildə Tvardovskinin rəhbərliyi ilə yazdığı "Kantın fəzanın apriorizminə görə kosmos anlayışının genezisi ilə bağlı" adlı dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru dərəcəsi almış, təhsilini Göttingen Universitetində davam etdirmişdir..
Kazimej Aydukeviç 1922–1925-ci illərdə Lvov Universitetində dosent olmuşdur. O, 1925–1939-cu illərdə Varşava və Lvov universitetlərində professor kimi çalışmışdır. — С. 18.
Kompozisiyalar Dünyanın mənzərəsi və konseptual aparat
İstinadlar
Əlavə ədəbiyyat — С. 117—126.
— С. 204—216.
Xarici keçidlər
Айдукевич
Kateqoriya:Polşa filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Polşa tərcüməçiləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Elm filosofları Kateqoriya:Lvov Universitetinin müəllimləri Kateqoriya:XIX əsr filosofları