Anya-Cosefin Mari Teylor-Coy (; ) — ABŞ-Britaniya-Argentina aktrisası.
Həyatı Teylor-Coy 1996-cı il aprelin 16-da ABŞ-nin Florida ştatının Mayami şəhərində, keçmiş bankir Dennis Alan Teylor və psixoloq Cennifer Marina Coyun ailəsində doğulmuşdur. Onun atası ingilis və şotland mənşəli argentinalı olub, ingilis ata və ingilis-argentina əsilli ananın övladıdır. O, Mayamidə doğulmasını "təsadüfi hal" kimi qiymətləndirmişdir, belə ki, valideynləri həmin dövrdə şəhərdə istirahət edirdilər. Doğulduğu yerə əsasən, ölkənin "jus soli" (torpaq hüququ) vətəndaşlıq qanununa müvafiq olaraq Amerika vətəndaşlığını əldə etmişdir. O, altı bacının ən kiçiyidir və onlardan dördü atasının əvvəlki nikahındandır.
Teylor-Coy ailəsi ilə birgə Buenos-Ayres şəhərində məskunlaşmış və ailənin London şəhərinin Viktoriya rayonuna köçməsinə qədər altı yaşınadək "Northlands" təhsil müəssisəsində təhsil almışdır. İspan və ingilis dillərini mükəmməl səviyyədə mənimsəmişdir. O, "Hill House Beynəlxalq İbtidai Məktəbi"ndə və "Queen's Gate Məktəbi"ndə təhsil almış, məktəb tamaşalarında iştirak etmişdir. Təhsil aldığı müddətdə ictimai münasibətlərdə çətinliklərlə qarşılaşdığını xatırladır:
Teylor-Coy ilkin mərhələdə rəqs sənəti ilə məşğul olmuş, 15 yaşınadək balet təhsili almışdır. "Storm Management" agentliyinin təsisçisi Sara Dukas tərəfindən 17 yaşında, Londonun Naytsbric rayonunda yerləşən "Harrods" univermağının qarşısında öz iti ilə gəzərkən model kimi aşkar edilmişdir. O, aktyorluğun özünün ilkin peşə seçimi və yaradıcılıq istiqaməti olaraq qalması şərtilə agent şirkətlə müqavilə imzalamışdır. GCSE imtahanlarına hazırlaşdığı səbəbindən demək olar ki, imtina etdiyi "Downton Abbey" televiziya serialının reklam çəkilişləri zamanı Teylor-Coy, "Downton Abbey"nin aktyoru Allen Liç tərəfindən xüsusi diqqətə layiq görülmüşdür. Bu, onun çəkiliş heyəti üçün tapşırıqları yerinə yetirdiyi və Şeymus Hininin "Qazma" şeirini sınaq üçün səsləndirdiyi vaxt baş vermişdir. Bundan sonra o, hazırkı agent vasitəsilə aktrisa kimi fəaliyyətə başlamışdır.
Filmoqrafiya
Film +KeyHələ buraxılmamış filmlər İlFilmRolQeyd2014Vampir akademiyasıQızSilinmiş səhnə2015CadugərThomasin2016MorqanMorqanBarriŞarlotta BoqmanParçalanmışCasey Cooke2017İlik sümüyüElliSaf cinslərLili Reynolds2018CrossmaglenAnaQısa film2019ŞüşəKesi KukSevgilərlə, AntoşaÖzüSənədli filmPlaymobil: FilmMarla Brenner (səs)Radioaktivİren Jolio-Küri2020EmmaEmma VudhousGənc kişilər budurCenYeni mutantlarİllyana Rasputin / Macik2021Keçən gecə SohodaSendi2022Şimal adamıOlqaAmsterdamLibby VozeMenyuMarqot2023Super Mario qardaşlarıŞahzadə Piç (səs)2024FuriosaFuriosaTBAThe GorgeDrasa
Televiziya İlBaşlıqRolQeyd2014CəhdFilippa Kollins-DevidsonEpizod: "Noktörn"2015Viking QuestManiTelefilmAtlantisCassandra5 epizod2017MinatürçüPetronella "Nella" Brandt3 epizod2019–2022Piki BlindersGina Qrey5 və 6 seriya2019Qaranlıq kristalı: Müqavimət əsriBrea (səs)10 epizod2020Vəzirin qambitiBet Harmon7 epizod2021Canlı şənbə gecəsiÖzü (ev sahibi)Epizod: "Anya Teylor-Coy/Lil Nas İks"
Musiqi videoları İlBaşlıqMüğənniRol2015"Red Lips" GTA Qız2019"Dinner & Diatribes"HozierHəyat yoldaşı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Birləşmiş Krallıq aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri