Kelli Sildaru (; ) — Hafpayp, slopestyle, big eyr və superpayp disiplinləri üzrə ixtisaslaşan estoniyalı fristaylçı, hafpayp üzrə 2019-cu il dünya çempionu, slopestyle üzrə 4 qat X-Games qalibi. Slopestayl üzrə 2020 Gənclər Qış Olimpiya çempionu. Slopestayl üzrə 2022-ci il Olimpiadasının bürünc mükafatçısı.

Karyera 2017-ci ilin yanvarında o, ikinci qızıl medalını slopestyle üzrə Qış Dünya Ekstremal Oyunlarında qazanır.

2018 Qış Olimpiya Oyunlarında o, Estoniyanı təmsil etməli idi, lakin dizindən aldığı zədə səbəbindən yarışı buraxmaq məcburiyyətində qalır.

2019-cu ildə sərbəst xizək sürmə və snoubord üzrə Dünya Çempionatında Kelli Sildaru ilk qızıl medalını halfpyapda qazanmışdır. Ölkəsində o, 2019-cu ildə Estoniyanın ən yaxşı idmançısı kimi tanınıb.

18 yanvar 2020-ci ildə Lozannada keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 93,75 xalla slopestyle üzrə qızıl medal qazanır. Elə həmin il Qış Ümumdünya Ekstremal Oyunlarında superpayp və slopestyle idman növləri üzrə o, iki qızıl medal qazanmışdır.

2022-ci ildə Qış Ümumdünya Ekstremal Oyunlarında superpayp növündə yenidən qızıl medal qazanır. 2022 Olimpiya oyunları Olimpiya oyunlarının açılışında Sildaru Martin Himma ilə birlikdə Estoniya milli komandasının bayraqdarı seçilir və o, bağlanışda da bayraqdar olur.

Kelli Sildaru ümumi 125,50 xalla təsnifat mərhələsində biq-eyr üzrə on yeddinci yeri tutaraq yarışının finalına çıxa bilmir.

Fevralın 15-də o, 82,06 xal qazanaraq slopestyle üzrə bürünc medalçı olur.

Fevralın 18-də o, hafpyap yarışının finalında 87 xal toplayaraq dördüncü yeri tutur. Nəticələri olimpiya oyunları yer zaman keçirilmə yeri növ qalib 15 fevral 2022 Çin Sloupstayl —

Yeniyetmələrin Olimpiya oyunları yer zaman keçirilmə yeri növ qalib 18 yanvar 2020 lozanna Sloupstayl —

Dünya çempiuonatı yer zaman keçirilmə yeri növ qalib 9 fevral 2019 Park-Siti Hafpayp — Mükafatlar Estoniyanın ən yaxşı gənc idmançısı (5): 2016, 2017, 2018, 2019, 2020

Estoniyada ilin idmançısı (1): 2019

ABŞ İdman Akademiyasının ilin idmançısı (1): 2019 Dövlət mükafatları 3-cü dərəcəli Ağ Ulduz ordeninin kavaleri (2022). Ailə Tınis Sildaru - Kelli Sildarunun atası və məşqçisi.

Henri Sildaru - qardaşı. Fristayler, slopestyal üzrə 2019 Estoniya çempionu. İstinadlar