Stüart Samuyel Berd (; ) — keçmiş Şotlandiya futbolçusu və məşqçisi.

Karyerası Futbolçu karyerası ərzində "Preston Nort End", "Reyncers", "Hibernian", "Terd Lanark" və "Sterlinq Albion" klbularında çıxış etmişdir. O, "Reyncers"la birgə üç Şotlandiya liqası (1956, 1957 və 1959) və bir Şotlandiya Kubokunun (1960) qalibi olmuşdur.

"Klayd" klubu ilə o, 1951-52-ci illərdə İkinci Divizionun qalibi olmuşdur. UEFA Çempionlar Kubokunun 1959/1960 mövsümündə o, beş qol vuraraq "Reyncers"ə yarımfinala qədər çatmağa kömək etmişdir.

Milli komanda karyerası O, 1956-1958-ci illərdə Şotlandiya millisinin formasıyla yeddi oyuna çıxmışdır. O, Yuqoslaviyaya qarşı keçirdiyi debüt oyunda fərqlənə bilmişdir, həmçinin 1958 FIFA Dünya Kubokunun Fransa millisinə qarşı keçirilən final oyununda (2-1) təsəlli qolun müəllifi olmuşdur. Həmin qolla Berd Dünya Kubokunun finalında qol vurmuş ilk "Reyncers" futbolçusu oldu. O, hələ də buna nail olan yeganə futbolçudur. Bundan əlavə, Berd beş dəfə Şotlandiya XI Liqasını təmsil etmişdir.

Məşqçi karyerası "Sterlinq Albion" klubunun baş məqçisi kimi Berd komanda ilə 1964-65-ci illərdə İkinci Divizion titulunu qazanaraq Birinci Diviziona yüksəlmişdir. Onun Albion komandası 1966-cı ildə Yaponiyada bir neçə oyun keçirən ilk Britaniya və ilk peşəkar komanda oldu. Sonralar klub İkinci Divizyona geri düşməyə doğru başlayanda o, postundan azad ediıdi.

Şəxsi həyatı Berd 21 aprel 2010-cu ildə səhər saatlarında vəfat etdi.

İstinadlar

Berd Berd Berd Berd Berd Berd Berd Berd Berd Berd Berd Berd Berd Berd Kateqoriya:Şotlandiyanın kişi futbolçuları Kateqoriya:Futbol hücumçuları