İslam Ensiklopediyası (; EI) — "Brill" tərəfindən nəşr olunan islamşünaslıq akademik intizamı üzrə ensiklopediya. İslamşünaslıq sahəsində standart istinad sayılır. Birinci nəşri 1913–1938-ci illərdə, ikincisi 1954–2005-ci illərdə, üçüncüsü isə 2007-ci ildə çapa buraxılmışdır.

Məzmun "Brill" də qeyd edilmişdir ki, "İslam Ensiklopediyası"nın məzmununa "bütün dövr və ölkələrin görkəmli müsəlmanları, müxtəlif ölkələrin qəbilə və sülaləri, sənətkarlıöı və elmi, siyasi və dini qurumları, coğrafiyası, etnoqrafiyası, flora və faunası, əsas qəsəbə və şəhərlərin tarixi, topoqrafiyası və abidələri haqqında məqalələr" daxildir. Ensiklopediya coğrafi və tarixi baxımdan əhatə dairəsinə "qədim ərəb-islam imperiyası, İran, Mərkəzi Asiya, Hindistan yarımqitəsi və İndoneziyanın islam ölkələri, Osmanlı imperiyası və digər bütün islam ölkələri aiddir".

İstinadlar

Xarici keçidlər

Encyclopaedia of Islam – online access, Brill Publishers. Encyclopaedia of Islam – by Elton L. Daniel article in Encyclopædia Iranica.

Kateqoriya:İslam ensiklopediyaları Kateqoriya:İngilis dilində ensiklopediyalar Kateqoriya:İslam mədəniyyəti