Ərkivan — Azərbaycan Respublikasının Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.

Tarixi Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan qəsəbəsi respublikanın qədim yaşayış məntəqələrindəndir. Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir. 1985-ci ildə AMEA Tarix instutunun Paleolit arxeoloji ekspedisiyası professor Əsədulla Cəfərovun rəhbərliyi altında ilk dəfə viləş çayının sağ sahilində yerləşən Ərkivan ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır. Bu tədqiqat zamanı Ərkivan ərazisində üst paleolit dövrünə aid daş məmulatı tapılmışdır. Bu tapıntı bizə Ərkivan ərazisində qədim insanların məskən salmasını söyləməyə imkan verir.

Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Talış dağlarının ətəyində, Lənkəran ovalığında yerləşir. Lənkəran ovalığı isə Talış sıra dağları ilə Xəzər dənizi arasında qərar tutub.ASE, IV cild, Bakı, 1982

Ərkivan qəsəbəsi Talış xanlığının 8 mahalından biri olan Dəştvənd mahalına daxil olmuşdur. Bu mahal qərbdən Talış dağları, şərqdən Xəzər dənizi və Muğan düzü, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub. Ərkivan isə bu mahalın mərkəzi, sanki üzük qaşı sayılıb. Bir sıra tədqiqatçılar isə ümumiyyətlə Dəştvənd və Ərkivanın eyni yer olduğunu bildirirlәr. S. Kazımbəyoğlunun fikrincə, "Talış xanlığının ən böyük mahallarından biri olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərqi isə düzənlik olan bir mahal olmuşdur. Şimaldan və şimal–şərqdən Şirvan vilayəti, şərqdən Xəzər dənizi, cənubdan Lənkəran və dağlıq mahalları, qərbdən Səfidəşt mahalı və İranla sərhəd olmuşdur."

Dəştvənd mahalının adına görə bir çox tədqiqatçılar Ərkivanı çöl kənarı, dəniz kənarı olan yer adlandırır. Sоn illərə qədər qəsəbədə bir neçə yerdə tapılmış lövbər qalıqları buranın dəniz kənarında yerləşən bir yaşayış məntəqəsi olması ehtimallarını daha da gücləndirir. Xəzərin səviyyəsinin son minilliklərdə 6–7 dəfə kəskin şəkildə yüksəlməsi, Lənkəran şəhəri özü də daxil оlmаqlа, bir sıra yerlərin su altında qalması bu fikri bir daha təsdiq edir.

Bir sıra tarixçi alimlər Şeyx Səfinin (1252–1334) Ərkivanda olduğunu iddia edirlər.

Rus dilində çap edilmiş "Azərbaycanın tarixi coğrafiyası" kitabında XVI əsrə aid tərtib edilmiş xəritədə Ərkivan toponiminə də rast gəlinir.

Rus çarı I Pyotr (1672–1725) Ərkivan məntəqəsini Rusiya xadimlərindən "Kerç" ləqəbi ilə tanınan Bernard Aleksandroviçə hədiyyə etmişdi.

Bu vaxta qədər Ərkivan paleotoponiminin mənşəyinə dair müxtəlif mülahizələr, rəvayətlər və xalq etimologiyası mövcuddur.

Rəvayətlərin birində söylənilir ki, guya bu kəndin ilkin sakinləri çox ərkyana danışdıqlarına görə kəndə də Ərkivan deyilmişdir. "Ərkivan" – ərkyana, ərklilər, ərk edib söz danışanlar mənasındadır.

Bir qrup dilçi alimlər Ərkivan toponimini "ağac", "kol bitkisi" adı ilə əlaqədar yaranmasını qeyd edirlər. Guya bu ərazidə "ərki" adlı ağac növü bitdiyindən kənd həmin ərazidə salınmasına görə Ərkivan adlandırılmışdır.

"Ərk" Fars dilində "qala", "istinadgah", "i" birləşdirici səs, "van" isə yer deməkdir. Ərkivanın mənası qalanın yaxınlığında, istinadgah yerində salınmış kənd deməkdir."Kənd həyatı" jurnalı. 17-ci sayı, 1977 Ərkivan qalalı yer, qala yeri deməkdir. "Ərk" qala, "van" yer deməkdir.Ağamusa Axundov. "Torpağın köksündə tarixin işləri" Bakı, 1983. Başqa bir mənbədə – Vaqif Yusiflinin "Ərkivan və ərkivanlılar" kitabında isə göstərilir: Ərkivan, Ərkəvan, Ardjuvan və Akon kimi göstərilir. "Akon" Talış dilində "əkon" sözündəndir. "Ə" o, "kə" ev, "on" cəm şəkilçisidir. Bu toponimin talışca daha inandırıcı variantı "Arkon"dur, yəni ərklilər deməkdir. Dilçi alim, professor Ağamusa Axundova görə "Ərkivan" qala yeri deməkdir.

Məlum olduğu kimi, tariximizdə mühüm və əhəmiyyətli yer tutan Səfəvilər sülaləsi dünyəvi və ruhani hakimiyyəti birləşdirmişdilər. Ərkivanın Səfəvilərlə bağlılığı artıq təsdiq olunmuş həqiqətlərdəndir. Tarixçi alimlər Şeyx Səfinin Ərkivan kəndində (7 il) yaşadığını (1274–1281) qeyd edirlər. Tarixi mənbələrin verdiyi məlumata görə, 1501-ci ildə Təbrizdən qayıdarkən Şah İsmayıl Xətai yolüstü Ərkivanda dayanаrаq bir müddәt dincəlmiş və Şeyx Sәfi bulağından su içmişdir.

V–VI əsrlərdə tikilən Ərkivan qalası həmişə hərbi strateji əhəmiyyətə malik olmuşdur. Aparılan elmi tədqiqatlar Ərkivan qalasının müdafiə məqsədilə tikildiyini və düşmənə qarşı mərdliklə döyüşmüş Ərkivan əhalisinin qəhrəmanlıq simvolu olduğunu göstәrir.

Nadir şahın vəfatından sonra İranda mərkəzi hakimiyyət zəifləyir və Azərbaycanda ayrı–ayrı xanlıqlar, o cümlədən XVIII əsrin sonlarında Talış xanlığı meydana çıxır. Ərkivan qalası Talış xanlığının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazilərindən biri olmuşdur.

XVIII əsrin əvvəllərindən başlayaraq Ərkivan Rusiya dövlətinin diqqətini cəlb etməyə başlamışdır. XIX əsrin əvvəllərində Rusiya və İran arasında gеdәn müharibə dövründə (1904–1913) Ərkivan hər iki tərəf üçün mühüm əhəmiyyətə malik idi. Təsadüfi deyil ki, general Pyotr Kotlyarevskinin rəhbərliyi ilə Rus qoşunları Talış xanlığına gələrkən ilk növbədə Ərkivanı ələ keçirməyi daha vacib hesab edirdi. Bu zаmаn Ərkivanı Sadiq xanın rəhbərliyi ilə İran qoşunları qoruyurdu. O, Kotlyarevskiyə müqavimət göstərməyib cənuba doğru geri çəkildi. Rus qoşunları Ərkivanı ələ keçirdilәr. Abbasqulu ağa Bakıxanov yazır: "Pyotr Kotlyarevski Muğana gedib burada Qarabağ elatını və Ərkivanı aldı.""Gülüstani-İrəm" əsərindən. "Rus və Talış qoşunlarının qələbəsi nəticəsində Ərkivan vuruşunda düşmənin 2 topu və çoxlu silahı ələ keçirildi."F. Əsədov, "Dar gündə yaxşı arxa" kitabından.

"Cəvahirnameyi–Lənkəran" kitabında Ərkivan qalası barədə yazılıb: "Bu qala Mir Mustafa xanın səadət ulduzu çıxmamışdan Mir Əhməd xanın və onun əmisi uşaqlarının məskəni olmuşdur. Hazırda onlardan bir dəstəsi, o cümlədən, Mir Əhməd xanın övladlarının tikdirdiyi imarətin binası dağıdılmışdır." Аmmа 1747–1750-ci illərdə Ərkivan qalasının içində həmin imarəti tikmək üçün Mir Həsən xana vəsait verilmişdir. Həmin kitabda həmçinin qeyd olunmuşdur ki, bu imarət bir–birinin içində yerləşən üçqat divardan hörülmüş qala içərisində olmuşdur.

1812-ci il dekabrın 31-də 1813-ci ilin yanvarına keçən gecə Lənkəran şəhəri və Ərkivan tamamilə rusların əlinə keçir. Gülüstan müqaviləsindən sonra Ərkivan qalasında imarəti olan Mir Həsən xan burada hakimiyyət başına gəlir.

Uzun illər indiki Masallı rayonunun mərkəzi, paytaxtı olmuş Dəştvənd–Ərkivan, 1930-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasında rayonlaşma aparılarkən mərkəz funksiyasını indiki Masallı şəhərinə vermişdir. Həmin vaxt kənddəki məşhur Qala bazarı da Masallıya köçürülmüşdür.Zahir Əmənov, "Ərkivan" kitabı.

Ərkivan qalası Ar­xe­o­lo­ji qa­zın­tı­lar za­ma­nı ta­pı­lan (mad­di mə­də­niyy­ət) nümu­nə­lə­ri­nin el­mi təh­li­li Ər­ki­van qa­la­sı­nın V–VI əsir­lər­də ti­kil­mə­si­ni müəyy­ən et­mi­ş­lər. Ulu babaların deməsinə görə 2000 il bundan əvvəl Ərkivan yaşayış məntəqəsi və Ərkivan qalası mövcud olmuşdur. Ərkivan qalası məmləkətimizin çoxəsrlik mədəniyyətinin ulu yurdunun qüdrətinin hazırda dünyada təsdiqləyən antik dövr mədəniyyətinin bir yadigarıdır. Ərkivan qalasının yaxınlığında antik şəhər yerinin xarabalıqları mövcuddur. Ərazidən aşkar olunmuş maddi–mədəniyyət abidələri qalıqları və qalanın müdafiə məqsədi daşıması burada qədim şəhərlərdən birinin ərazisində olmasına dəlalət edir (çox güman ki, həmin şəhər xarabalığı yerində Ərkivan şəhəri olmuşdur). Antik şəhər xarabalığı ərazisi təqribən Ərkivan qəsəbəsinin qərb hissəsində relyef xüsusiyyətlərinə görə hündürlükləri əhatə edir. Çox ehtimal ki, bu şəhər xarabalığı keçmişdə mövcud olmuş Ərkivan şəhəri adlanırmış. Ərkivan şəhərinin maddi mədəniyyət nümunələri torpağın altında qalmışdır. Bizə elə gəlir ki, şəhər xarabalığı ərazisində gələcəkdə xüsusi arxeoloji tədqiqatlar aparılacaq, bu şəhər yerində tapılan maddi mədəniyyət abidələrinə dair zəngin məlumatlar əldə etməyə imkan verəcəkdir.

Ər­ki­va­n qa­la­sın­da olan möh­tə­şəm qa­la qa­pı­sı çar Ru­siy­a­sı tə­rə­fin­dən 1880–90-cı il­lər­də Dər­bənd şə­hə­ri­nə apa­rıl­mış, şə­hə­rin dar­va­za­sı ki­mi is­ti­fa­də edil­miş­dir. Dey­i­lən­lə­rə gö­rə qa­pı xüsu­si də­və ara­ba­sı ilə Dər­bən­də apa­rıl­mış­dır. Hə­min vaxt­dan el ara­sın­da Dər­bənd şə­hə­ri "Də­mir qa­pı Dər­bənd" ad­lan­dı­rı­lır.

Bu gün Ərkivan qalasının taleyi necədir? Ərkivanın Cəbili məhəlləsində yerləşən bu abidə qızıl həvəskarlarının və həvəskar arxeoloqların kortəbii qazıntıları nəticəsində insafsızcasına dağıdılıb. Yaşlı adamların bildirdiyinə görə, bəziləri dərin quyulardan qiymətli zinət əşyaları tapmışlar.

Mədəniyyəti Ər­ki­van əra­zi­sin­də apa­rıl­mış ar­xe­o­lo­ji təd­qi­qat nə­tic­ə­sin­də ib­ti­dai ic­ma dövrünə aid zə­ng­in mad­di mə­də­niyy­ət nümu­nə­lə­ri aş­kar edil­miş­dir. Ər­ki­van qə­sə­bə­si Ma­sal­lı şə­hə­rin­dən 2 km qərb­də, Vi­ləş çay­ı­nın sağ sa­hi­lin­də, Lən­kə­ran ova­lığ­ın­da və Ta­lış dağ­la­rı­nın ətək­lə­rin­də yer­lə­şir Lən­kə­ran ova­lığı Xə­zər də­ni­zi ilə Ta­lış dağ­la­rı ara­sın­da yer­lə­şir. Cə­nub­da As­ta­ra çay­ı­na­dək uza­nır. Şi­mal­da isə Saly­an və Mil düzən­liy­i­nə qo­vu­şur. Lən­kə­ran ova­lığ­ı­nın uzun­luğu 110 km, eni şi­mal­da 25–30 km, cə­nub­da 7 km-ə ça­tır. Vi­ləş çay­ı­nın sağ sa­hi­lin­də yer­lə­şən Ər­ki­van əra­zi­si­nin yu­xa­rı his­sə­sin­də ar­xe­o­lo­ji kəş­fiyy­at iş­lə­ri bir neçə illər əvvəl apa­rıl­mış­dır. Kəş­fiyy­at iş­lə­ri za­ma­nı Ər­ki­van əra­zi­sin­dən üst pa­le­o­lit dövrünə aid Daş mə­mu­la­tı əl­də edil­miş­dir. Bu, Ər­ki­van əra­zi­sin­də qə­dim in­san­la­rın 15–20 min il un­dan əv­vəl ya­şa­mağa ba­ş­la­dığ­ı­nı söy­lə­məyə im­kan ver­miş­dir. Xüsu­si­lə Ərkivan əra­zi­sin­in Vi­ləş çayı ter­ras­la­rın­dan ta­pıl­mış əmək alət­lə­rin­dən tex­ni­ki və ti­po­lo­ji xüsu­siyy­ət­lə­ri­nə əsa­sən hə­min alət­lə­rin üst pa­le­o­lit mə­də­niyy­ə­ti dövründə ha­zır­lan­dığ­ı­nı söy­lə­mək mümkün ol­muş­dur. Məlumat üçün bildirək ki, Üst pa­le­o­lit mə­də­niyy­ə­ti Azər­bayc­an­da 35 min il bun­dan əv­vəl ba­ş­lan­mış və 12 min il əv­vəl so­na çat­mış­dır.