Filipp Kolomb (; ) — Fransa zabiti. Daha çox Sultan Hüseyn dönəmində Səfəvi ordusunda artilleriya korpusuna komandanlıq etməsi ilə məşhurdur.
Həyatı Dəqiq doğum tarixi bilinməməkdədir. Parisdə dünyaya gələn Flippe Kolombe Səfəvi ordusunda xidmət etməyə başlamamışdan əvvəl Rus çarlığı ordusunda xidmət etmişdir. Sultan Hüseynin (1694-1722) daxil olan Kolombe, tədricən imperiyanın artilleriya bölmələrinin komandanı postuna qədər yüksəlməyi bacarmışdır. Əfqan üsyançılarına qarşı baş vermiş Gülnabad döyüşündə o, rəsmi olaraq Əhməd xan adı və topçubaşı vəzifəsiylə iştirak etmişdir. Onun komandanlığı altında döyüşdə 24 top iştirak edirdi. Döyüş zamanı o və onun korpusu heç gözlənilmədən qorumasız buraxıldıqdan sonra birbaşa əfqanların hücumuna məruz qalmışdır. Hücum zamanı o və onun komandanlığı altındakı Səfəvi döyüşçüləri öldürülmüşdür.
Həmçinin bax Robert Şirli
İstinadlar
Mənbə
Kateqoriya:1722-ci ildə vəfat edənlər Kateqoriya:Səfəvi sərkərdələri