Sürətlənmə () — rejissor Stiven Kampanelli tərəfindən çəkilmiş və baş rollarda Olqa Kurylenko, Morqan Friman və Ceyms Purefoyun yer aldığı 2015-ci ildə çəkilmiş döyüş triller filmi. Yüksək texnologiyalar üzrə mütəxəssis oğru müəmmalı hökumət agentləri tərəfindən təqib edilir.
Süjet xətti
Mükəmməl hərbi təlim keçmiş keçmiş hərbi agent və hal-hazırda oğruya çevrilmiş Aleks (Olga Kurylenko), keçmiş şəriki Kevin tərəfindən yüksək texnologiyalı bank soyğunu işinə (“son iş”) cəlb olunur. Oğurluq zamanı onlar bir çanta almaz oğurlayırlar ki, çantanın içərisində ittihamedici dəlillər olan qiymətli fləş disk də gizlədilmişdir. Aleks oğurluq zamanı almazları gizlədir və gəlirin qalan hissəsini öz aralarında bölüşdürmək və aranın bir qədər sakitləşməsi üçün oteldə dincəlməyi qərara alırlar. Onlar cənab Vaşinqtonun (Ceyms Purefoy) başçılıq etdiyi agentlər komandası tərəfindən təqib edilirlər. Aleks çarpayının altında gizlənir və buna görə də Kevini işgəncələrə məruz qoyub öldürənlər əvvəlcə onu görmürlər. Sonda Aleks Kevinin qisasını almaq üçün cənab Vaşinqtonu öldürmək istəyəndə, əlindəki silahın darağının boş olduğunu görür. Bundan sonra Aleks cənab Vaşinqtonun dəstəsindən qaçmağa başlayır və şəhər boyu pişik-siçan qovması başlayır. Kevinin arvadından və uşağından Aleksi ələ keçirmək üçün yem kimi istifadə edirlər. Aleks onu təqib edənlərin arxasında duranların məqsədlərini müəyyən etməyə çalışır. Aleks nəhayət, fləş diski götürmək üçün agentlərin anonim ABŞ senatoru (Morgan Freeman) tərəfindən göndərildiyini öyrənir.
Rollarda Olqa Kurilenko — Aleksis (Aleks Faradey) Ceyms Pyurfoy — mister Vaşinqton Li-Enn Sammers — Penni Filler Xlomla Dandala — mister Medison Morqan Friman — senator Karl Taninq — Daq Makartur Şelli Nikol — miss Klinton
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Triller filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:2010-cu illərin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:Döyüş-triller filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:CAR-da çəkilən filmlər Kateqoriya:CAR filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Texno triller filmləri Kateqoriya:2015-ci ilin rejissor debütləri