Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində kənd.

Toponimikası Kəndin ətrafında qəribə bir sakitlik var. Kəndin adı "sakitlik", "sustalmaq" sözündən götürülüb və bəzi tədqiqatçılar duzla əlaqələndirsələr də, "sakit guşə" anlamında işlənir.

Tarixi Hazırda kənd ərazisi Kəngərli rayonun ərazisi hesab olunur. Sustdə vaxtilə çox böyük bir şəhər olub. Bu yaşayış məntəqəsi XV-XVII əsrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edib. Şərqdən Qərbə gedən karvanların bir çoxu buradan keçib. Kəndin şərqində duz emal olunub və Avropadan bura karvanlar duz aparmaq üçün gəlib. Buranın duzu yüksək keyfiyyəti ilə seçilib. Amma XX əsrin 70-ci illərindən başlanan köçürülmə siyasəti kəndin tamamilə boşalmasına səbəb olub. 1970-80-ci illərdə Sovet hakimiyyətinin kəndlərin mərkəzləşdirilməsi ilə bağlı uğursuz siyasəti kəndin boşalması ilə nəticələnib. Diqqətdən kənar qalan Sustun əhalisi rayonun başqa bir kəndinə — Böyükdüzə köçürülüb. Hazırda kənddə cəmi bir ailə yaşayır.

Kəndin ətrafındakı tarixi yurd yerlərinin "Kitabi-Dədə Qorqud"da yer alması bu ərazilərdə qədimdən insanların məskunlaşdığını göstərir.

Tarixi abidələri Sust kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1853Sust yaşayış yeri XV-XVI əsrlərSust kəndiArxeolojiÖlkə1854Üçbulaq yaşayış yeri E.ə. II-I minilliklərSust kəndiArxeolojiÖlkə1855Göra-gözə yaşayış yeri XV-XVII əsrlərSust kəndiArxeolojiÖlkə Kənddə XVIII əsrə aid olan qəbiristanlıq da var.

Coğrafiyası və iqlimi Kənddə olan günəşli saatların miqdarı 2400-dən artıqdır, bu göstərici dağlarda 2900-ə çatır.

Əhalisi Kənddə 9 nəfərdən ibarət 1 ailə yaşayır.

İqtisadiyyatı Yerli əhali vaxtilə qoyunçuluqla məşğul olub. Burda qoyunçuluq üçün olduqca əlverişli mühit var. Ətrafda bitən yarımsəhra və səhra bitkiləri qoyunçuluq üçün əhəmiyyətli qida mənbəyidir. Kəndin yuxarısında yaylaq var. Yaylaq və qışlaq bir-birinə yaxın olduğu üçün qoyunçuluq üçün əlverişlidir. Kəndin ətrafındakı çox sayda zağada (süni mağara) isə qoyun sürüləri saxlanılıb.

Sustun çox sayda kəhriz sistemi olub və bu kəhrizlər əhalini suyla təmin edib. Kəndin yaxınlığında yüksək dağlıq tədricən Araza doğru əyilir və həmin sular burda səthə yaxınlaşır.

Kəndin yaxınlığında iki mühüm duz layı varmış. Onlardan birinin tərkibindəki duzun miqdarı 96.44 faiz olub. Sovet dövründə duzun istismarı çətinləşdiyi üçün mədən fəaliyyətini dayandırıb.

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Fizzə Bağırova. Bir kəndin taleyi, yaxud Sust kəndi barədə qeydlər (https://nuhcixan.az/)

Həmçinin bax

Kateqoriya:Babək rayonunun ləğv olunmuş kəndləri