200px|thumb|right|Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin loqosu Azərbaycanda müəlliflik hüququ — Azərbaycanda müəllif hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləyən hüquq sahəsi. Müəlliflik hüququ və onun qorunması ilə bağlı məsələlər 5 iyun 1996-cı il tarixli 115-IQ nömrəli "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunda öz əksini tapmışdır. Belə ki, qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Adıçəkilən qanun, həmçinin, ifalar, fonoqramlar, efir və ya kabel yayımı təşkilatlarının verilişləri (əlaqəli hüquqlar) ilə bağlı münasibətləri də əhatə edir. Qanuna 2001, 2002, 2004, 2005, 2008, 2010, 2013, 2017, 2018 və 2021-ci illərdə əlavə və dəyişikliklər edilmişdir.

Azərbaycan əqli mülkiyyət hüququ sahəsində fəaliyyət göstərən hökumətlərarası təşkilatın — Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 193 üzvündən biridir. Hazırda ölkədə müəlliflik hüququ sahəsində inkişafı təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən məsul qurum Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyidir.

Tarixi

Erkən dövr left|thumb|200px|"Kitabi-Dədə Qorqud" dastanının müəllifi hesab edilən Dədə Qorqudun portreti (müəllif: Asif Azərelli)

Azərbaycanda müəlliflik hüququnun tarixi anonimlik anlayışının müəlliflik şəxsiyyəti ilə əvəz edildiyi dövrlərə gedib çıxır. "Kitabi-Dədə Qorqud" dastanı buna nümunə ola bilər.

Sonrakı dövrlərdə əsərlərdə müəlliflərin adı xüsusi formada qeyd olunmağa başlandı; bununla da müəllifin adı həmin əsərin özündəcə qorunurdu. Xüsusilə də, aşıq ədəbiyyatında geniş tətbiq edilən bu qaydaya görə müəllifin adının və ya təxəllüsünün qeyd olunduğu bənd "möhürbənd" adlanırdı. Müəllifin adını dəyişdirməyə cəhd edənlər ictimai qınağa məruz qalırdı. Elm, ədəbiyyat və incəsənətə himayədarlıq edən hökmdarlar və hakim zümrənin nümayəndələri müəllifləri müxtəlif formada mükafatlandırırdılar. Dahi Nizami Gəncəvi "Xosrov və Şirin" poemasına görə Qızıl Arslan tərəfindən xüsusi bəxşişə layiq görülmüşdü.

Ağqoyunlu və Səfəvilər dövlətlərinin Qərbi Avropa ölkələri, xüsusilə də Venesiya Respublikası ilə xarici əlaqələri sayəsində ilk dəfə olaraq azərbaycanlı bir müəllifin kitabı — Nəsrəddin Tusinin "Təhriri-Öqlidis" əsəri 1594-cü ildə Romada Mediçi məntəqəsində çap üsulu ilə nəşr olundu. Bu əsər XIX əsrin sonlarınadək Asiya və Şərq ölkələrində həndəsə və cəbr fənləri üzrə ən yaxşı dərslik hesab edilirdi.

Müasir dövr Əqli mülkiyyət hüququnun bir qolu olan müəlliflik hüququ ilə bağlı münasibətlərin Azərbaycanda qanunvericiliklə tənzimlənməsi isə XX əsrə təsadüf edir. Hələ 30 oktyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi "Mətbuat haqqında" Qanuna görə, nəşriyyat orqanlarında dərc edilmiş bədii və elmi əsərlər fiziki şəxslərin xüsusi olaraq açdıqları kitabxanalarda ictimaiyyətin istifadəsinə verilirdi və əsərlərin satışına heç bir məhdudiyyət qoyulmurdu.

Müəlliflik hüququ ifadəsi ilk dəfə olaraq SSRİ hakimiyyəti dövründə istifadə edilir. Bu zaman müəlliflik hüququ mülki hüququn bir institutu kimi qəbul olunurdu. Belə ki, sovet mülki hüquq sisteminin bölmələrindən biri "mənəvi yaradıcılığın nəticələri" adlanırdı ki, buraya da müəlliflik və ixtira hüququ, eləcə də kəşf hüququ daxil idi. "Əqli mülkiyyət hüququ" anlayışı isə Sovet dövrünün mülki hüquq elmində, ümumiyyətlə, istifadə olunmurdu.

1923-cü il Azərbaycan SSR-in Mülki Məcəlləsinin dördüncü bölməsi "müəlliflik hüququ" adlanırdı. Digər Sovet İttifaqı respublikalarından fərqli olaraq yalnız Azərbaycanda müəlliflik hüququ ayrıca qanunvericilik aktı ilə deyil, məhz Mülki Məcəllə ilə tənzimlənirdi.

Azərbaycan SSR-in 1964-cü il Mülki Məcəlləsinin 474–475-ci maddələrində müəlliflik hüququ ilə bağlı məsələlər müəyyən edilmişdi; buna əsasən, yaradıcılıq fəaliyyəti ilk növbədə müəllifə məxsus idi. Müəlliflik hüququnun obyektinə müəllifin yaradıcılıq fəaliyyətinin nəticələrini dərk etməyə imkan verən hər hansı obyektiv formada (əlyazma, çertyoj, təsvir, kütlə qarşısında açıq ifa və s.) ifadə edilmiş əsərlər daxil idi.

Ölkədə xüsusi sahə kimi milli müəlliflik hüquq institutunun formalaşması isə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başlanır. İlk növbədə Müəllif Hüquqları Agentliyi 1993-cü ildə respublikanın bu sahədə fəaliyyət göstərən ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda yaradılır. 25 sentyabr 1995-ci ildə Azərbaycan ÜƏMT-ə üzvlük üçün müraciət edir və həmin ilin dekabrında bu proses tamamlanır. Həmçinin, Konstitusiya səviyyəsində hər kəsin əqli mülkiyyət hüququnun olduğu təsbit olunur. Daha sonra Azərbaycan 7 fevral 1996-cı ildə MDB çərçivəsində əməkdaşlığa qoşulur. Ardınca ölkədə ilk dəfə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun qəbul edilir. Həmin qanunun özəlliyi ondan ibarət idi ki, müəlliflə əsərin istifadəçiləri arasında qeyri-bərabərliyi diktə edən, mahiyyətcə "əsərlərdən istifadə hüququ" olan Sovet müəlliflik hüququnun prinsiplərinin ölkədə tətbiqini tamamilə aradan qaldırmışdı.

1997–2000-ci illərdə Azərbaycan "Ədəbi və bədii əsərlərin qorunması üzrə" Bern Konvensiyasına qoşuldu və 4 MDB ölkəsindən biri kimi Avropa İttifaqının əqli mülkiyyətlə bağlı islahatları əhatə edən TACIS proqramında iştirak etdi.

Sonrakı illərdə müəlliflik hüququ ilə bağlı normativ-hüquqi baza davamlı olaraq təkmilləşdirildi. Bu zaman MDB məkanında ilk dəfə olaraq Azərbaycanda "Məlumat toplularının hüquqi qorunması haqqında" Qanun qəbul edilmişdi. 2006-cı ildə isə Azərbaycan ABŞ hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılmışdır.

Müəlliflik hüququ ilə qorunma meyarları 150px|thumb|right|2011–2013-cü illərdə Xəzər TV-də yayımlanan "Aramızda qalsın" serialının Türkiyə istehsalı "Çocuklar duymasın" serialı ilə oxşar olması plagiatlıq iddialarının ortaya çıxmasına səbəb olmuşdu. Müəlliflik hüququ hər hansı bir obyektiv formada təqdim olunan, orijinal əsərin yaradılması ilə bağlı hüquq və yaradılmış əsərdən istifadəyə müstəsna hüquq deməkdir. Bu hüquq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.

Müəlliflik hüququ ilə qorunma əsərin təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan, eləcə də hər hansı formada rəsmiləşdirilməsindən asılı deyil. Bununla belə, Azərbaycanda hər hansı əsərə münasibətdə müəlliflik hüququnun yaranması üçün o, bir sıra tələblərə cavab verməlidir. Belə ki, əsər: yaradıcılıq fəaliyyətinin nəticəsi olmalıdır. obyektiv formada ifadə edilməlidir. elm, ədəbiyyat və incəsənət sahəsinə aid olmalıdır.

Yaradıcılıq fəaliyyəti Əsərin müəlliflik hüquq normaları ilə qorunması üçün ilk şərt onun yaradıcılıq fəaliyyətinin nəticəsi olmasıdır. Qanunvericilikdə yaradıcılığın anlayışı verilmədiyinə görə, hüquq doktrinasında müəyyən edilən göstəricilərdən istifadə edilir. Yaradıcılıq dedikdə müəllifin elə əqli fəaliyyəti başa düşülür ki, belə fəaliyyət nəticəsində əvvəllər mövcud olmayan, keyfiyyətcə yeni əsər yaradılır. Yenilik əlaməti istənilən təqlidi və plagiatlığı istisna edir.

Müəlliflik hüquq normaları ilə əsər bütövlükdə, tam halda qorunur. Bu mənada əsərin məzmununu xarakterizə edən ünsürlər (ideyası, mövzusu, süjeti, adı, materialı) yalnız 3 qorunma meyarına uyğun gəldiyi və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır və ayrıca qorunma ilə təmin edilir. Bu səbəbdən də orijinal olmadığı müddətcə eyni mövzuda və ya eyni başlıq altında müxtəlif müəlliflərin əsər yaratması hüquq pozuntusu hesab olunmur. Əsərin qorunan elementi müəllifin istifadə etdiyi üsul və vasitələr ola bilər.

Obyektiv formada ifadə Əsərin hüquqi mühafizə ilə təmin olunması məqsədilə ideya, fikir və obrazların ifadə olunduğu bu yaradıcılıq məhsulu maddi formada ifadə olunmalıdır. Maddi forma dedikdə obyektiv forma nəzərdə tutulur. Qanunvericilik müəlliflik hüququnun şamil edildiyi əsərlərin aşağıdakı obyektiv formalarda mövcud ola biləcəyini qeyd edir. Bu, obyektiv formaların dəqiq və tam olmayan siyahısıdır: yazılı (əlyazma, makina yazısı, not yazısı və s.); şifahi (kütləvi çıxış, kütləvi ifa və s.); səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.); təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.); həcmli—fəzavi (heykəl, model, maket, tikili və s.); digər formalar.

Əsərin maddi (obyektiv) forması ilə əsərin ifadə edildiyi maddi obyekti (daşıyıcıları) fərqləndirmək tələb olunur. Buna əsasən, məsələn, əsərin çap olunduğu kitab əsərin maddi daşıyıcısı, yazılı formada olması isə əsərin maddi formasıdır. Buna görə də əsərin maddi obyektini (kitabı) əldə edən şəxs əsərin mülkiyyətçisi olmur və yalnız kitabın mülkiyyətçisi olmaqla kifayətlənir.

Elm, ədəbiyyat və incəsənət sahəsinə aidiyyət Əsərin qorunması üçün digər şərt onun elm, ədəbiyyat və incəsənət sahəsinə aid olmasıdır. Lakin həmin əsərlərin mütləq açıqlanması, yəni kütləvi ifa edilməsi, kütləyə çatdırılmaq məqsədilə dərc edilməsi, kütləvi nümayiş edilməsi tələb olunur. Buna görə də hələlik ictimaiyyətə təqdim edilməyən əlyazma formasında olan əsərlər də eyni hüquqi mühafizə ilə təmin edilir.

Elm, ədəbiyyat və incəsənət sahəsinə aid olan aşağıdakı əsərlər Azərbaycanda müəlliflik hüququnun obyektləri hesab olunur: ədəbi əsərlər (kitablar, broşürlar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.); dram, musiqili-dram və başqa səhnə əsərləri; xoreoqrafiya əsərləri və pantomimalar; mətnli və ya mətnsiz musiqi əsərləri; audiovizual əsərlər (kino-, tele- və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər); heykəltaraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri; dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar; memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri; fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər; coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər; törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjimanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi); toplular. 100px|thumb|right|Müəlliflik hüququnu qoruma nişanı Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış S latın hərfi — ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il.

Müəlliflik hüququ ilə qorunmayan obyektlər Aşağıdakılar müəlliflik hüququnun obyektləri deyildir: rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər), həmçinin onların rəsmi tərcümələri; dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları); xalq yaradıcılığı (folklor) nümunələri; günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar.

Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələri əqli mülkiyyətin xüsusi növü hesab olunur və onların hüquqi rejimi "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Qanunla müəyyən olunur. Folklor nümunələri konkret fiziki və ya hüquqi şəxslərə məxsus olmayan obyektlərdir. Bu obyektlərin sahibi xalq (etnos), millət, icmadır. "Ünvansız" olduğuna görə bu növ obyektlər ənənəvi müəllifin hüququ və yaxud patent hüququ sistemi vasitəsilə qoruna bilməz. Üstəlik həmin obyektlərin fərqli xüsusiyyəti odur ki, onların qorunma müddəti də sonsuzdur. Belə əsərlər nəsildən-nəslə ötürülən xalq yaradıcılığını, dəyərlərini, irsini təsbit edirlər.

Müəlliflik