Natufi mədəniyyəti — əsasən, qədim Fələstində, qismən də indiki Suriya və Türkiyə ərazisində Mezolit dövrünə (e.ə. XX–VII minilliklər) aid arxeoloji mədəniyyət. İsrailin Yerusəlim şəhərindən şimal-şərqdə, 1928–1932-ci illərdə Natufi vadisində Şüqba mağarası tapıntılarına əsasən müəyyən edilmişdir. Əhalisi mağaralarda, yarımqazmalarda yaşamış, ovçuluq, balıqçılıq və yığıcılıqla (yabanı taxıl da) məşğul olmuşdur. Qəbirlərdə 3–5 skeletə təsadüf olunur. Bəzi tədqiqatçılar ibtidai əkinçiliyin bu dövrdən yarandığını ehtimal edirlər. Natufi mədəniyyəti üçün çaxmaqdaşıdan həndəsi formalı mikrolitlər, yığma-oraq dişləri iri qaşov və kərkivarı alətlər, sürtgəclər səviyyəvidir. Azərbaycanda Qobustanın "Firuz-1" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, "Kənizə" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, "Kənizə" düşərgəsində ibtidai divar qalıqları, mikrolitlər və s. Natufi mədəniyyəti tapıntıları ilə oxşardır.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Epi-Palaeolithic (European Mesolithic) Natufian Culture of Israel (The History of the Ancient Near East)
The genetic structure of the world’s first farmers, Lazaridis et al, 2016
Kateqoriya:Epipaleolit Kateqoriya:İsrail arxeologiyası Kateqoriya:İordaniya arxeologiyası Kateqoriya:Livan arxeologiyası Kateqoriya:Fələstin arxeologiyası Kateqoriya:Suriya arxeologiyası Kateqoriya:Yaxın Şərqin arxeoloji mədəniyyətləri