Future plc — Birləşmiş Krallıq media şirkəti. 2006-cı ildə illik dövriyyəyə görə Birləşmiş Krallıqda 6-cı yeri tutmuşdur. Videooyunlar, texnologiya, avtomobil, motor idmanı, musiqi və s. kimi sahələrdə 150-dən çox jurnal nəşr edir. "Future plc" üç əsas oyun konsolu istehsalçısı üçün rəsmi məhsul jurnallarının naşiridir. London fond birjasında (FUTR) siyahıya alınmışdır.Future plc на сайте Лондонской фондовой биржи
Tarixi "Future plc" 1985-ci ildə Somersetin eyniadlı şəhərində Kris Anderson tərəfindən təsis edilmişdir. Şirkətin tətbiq etdiyi yenilik jurnalın üz qabığına yapışdırılmış CD-də pulsuz proqram təminatının verilməsi olmuşdur. "Future plc" bu yanaşmadan istifadə edən ilk təşkilatdır.
Anderson 1994-cü ildə şirkəti "Pearson PLC"yə 52,7 milyon funta satmışdır, lakin 1998-ci ildə şirkətin baş direktoru Qreq İngem "Apax Venture Partners" ilə birlikdə onu 142 milyon funta geri almışdır. Anderson 2001-ci ildə şirkəti tərk etmişdir.
Future plc brendləri Media şirkəti çap və elektron nəşrlər, həmçinin müvafiq mükafatlar və tədbirlər də daxil olmaqla 150-dən çox brendə sahibdir. Jurnal və qəzetlərin əksəriyyəti Birləşmiş Krallıq və ya ABŞ-də yerləşir, lakin Avstraliya və digər ölkələrdən də nəşrlər var.
İstinadlar
Xarici keçidlər Официальный сайт Future plc Официальный сайт Future US
Kateqoriya:Birləşmiş Krallıq nəşriyyatları Kateqoriya:ABŞ nəşriyyatları Kateqoriya:1985-ci ildə yarananlar Kateqoriya:London Fond Birjasında siyahıya alınmış şirkətlər