Məhəmməd xan Bəluc üsyanı — Nadir xan Əfşara qarşı Samarra döyüşündən sonra meydana çıxmış üsyan. Üsyan elə onun sərkərdələrindən biri olan Məhəmməd xan Bəluc tərəfindən başladılmışdır.

Üsyanın başlaması Nadir xanın Osmanlı İraqında Samarra döyüşündə məğlub olmasından sonra bu yürüş zamanı Bağdadı mühasirəyə almış 12 minlik dəstənin komandanı olan Məhəmməd xan Bəluc Mesopotamiyadan qaçaraq İranın cənubuna gəldi. O, Nadirin Topal Osman Paşa qarşısında fəaliyyəti boyunca ilk və sonuncu dəfə məğlubiyyətə uğramasından sonra Məhəmməd xan Bəluc onun nüfuzunun sasıldığı qənaətinə gərələrək üsyan qaldırdı. Onun üsyanı İran körfəzi bölgəsində cərəyan edən Şeyx Əhməd Mədani üsyanı ilə ittifaq halında idi.

Nadir xan Şiraz valisini üsyanı yatırmaq üçün Meqasetsə göndərdi. Lakin oraya çatdıqdan sonra o da Nadir xana qarşı üsyan qaldırdı və İsfahana yürüşə edə bilmək üçün ordu toplamağa başladı. Bu əsnada Məhəmməd xan Bəluc döyüşçü toplamaq üçün Bəndərə yollandı və orada ona qoşulmaq istəməyən bəzi sakinləri qətlə yetirdi. Razılaşanları orduya topladıqdan sonra Şiraza getdi və buradan İsfahan yürüşlərinə hazırlaşmağa başladı.

Nadir xanın məktubu Nadirin məktubunda bunlar yazılmışdı:

Məhəmməd xan Bəluc Nadir xanın təklifini rədd etdi və bu məktubu belə cavabladı:

Döyüş Nadir bu cavabı öyrəndikdən dərhal sonra danışıqları dayandırdı və Şiraza doğru hərəkətə başladı. Nadirin şəhərə yaxınlaşmasından xəbər tutan Məhəmməd xan şəhəri tərk etdi və onunla düzənlik bir ərazidə qarşılaşdı. Döyüşdə üsyançı ordu darmadağın edildi və Məhəmməd xan döyüşdən qaçaraq canını qurtara bildi. Məhəmməd xan Bəndər yaxınlığındakı bir qalada gizləndi.

Məhəmməd xan Bəlucun öldürülməsi Məhəmməd xan Bəluc Şiraza gələrək Fars körfəzindəki quldurların da yardımı ilə adalardan birinə qaçmaq istəyirdi. Lakin o bunu bacarmadı və həbs edilərək Nadir xanın hüzuruna gətirildi. Nadir onun gözlərinin çıxarılmasını əmr etdi. Həmçinin Nadirin əmrinə görə üsyana qarışmış tayfalar uzaq şərqə sürgün edildilər. Üsyanı dəstəkləmiş şəhər əhalisinə qarşı cəzalandırma tədbirləri həyata keçirildi. Gözünün çıxarılması zamanı aldığı yaralara görə Məhəmməd xan Bəluc vəfat etdi.

Həmçinin bax Nadirin yürüşləri

İstinadlar

Mənbə

Kateqoriya:XVIII əsrin müharibələri Kateqoriya:Əfşarlar imperiyası Kateqoriya:1733-cü ildə hərb tarixi Kateqoriya:Nadir şah Əfşarın yürüşləri Kateqoriya:Səfəvilərin döyüşləri Kateqoriya:Hərbi üsyanlar