Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn:

Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun)

Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz)

Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur.

İfadə forması

Söz şəklində Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Vüqar, zənnimcə, daha düzələr. Söz birləşməsi şəklində Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s. Sözün düzü, bunu səndən gözləməzdim. Siz bilən, o qayıdacaqmı? Mən bilən, sonu yaxşı olacaq. İndi, sözün doğrusu, hər şeyi açıq deyə bilmirəm. Cümlə şəklində Görünür, düzdür, doğrudur, necə deyərlər, elə bilirəm, ola bilsin (ki), olsun (ki), demək olar (ki). Düzdür, pis adam deyil, amma bir az laqeydliyi var. Ola bilsin, sabah onu görəcəyəm. Mənaca növləri

Təsdiq bildirənlər Əlbəttə (ki), sözsüz (ki), şübhəsiz (ki), şəksiz, doğrusu, doğurdan da, düzü, həqiqətən (də) və.s Güman, şübhə bildirənlər Bəlkə (də), deyəsən, güman ki, çox güman ki, görünür, görəsən, görən, olmaya, ehtimal ki və s. Fikrin mənbəyini bildirənlər Məncə, sizcə, mənə görə, zənnimcə, deyilənə görə, mən bilən, eşitdiyimə görə və.s Nitqin hissələri arasında əlaqəni bildirənlər və ya nəticə bildirənlər Nəhayət, beləliklə, demək, deməli, xülasə, ümumiyyətlə, qərəz, axır ki , sözün qısası, bir sözlə, əvvəla, birincisi, ikincisi, yeri gəlmişkən və.s Təəssüf bildirənlər Heyif (ki), çox heyif, təəssüf (ki), əfsus (ki) və.s''

Həmçinin bax Azərbaycan dili

İstinadlar

Kateqoriya:Sözlər və ifadələr