Bürc-əl-Huas (, ) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinə daxildir.
Coğrafi mövqe Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,400 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1088 metr yüksəkdir.
İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 21 mm). Orta illik temperatur 23,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 11,9°C, ən isti ayda (iyun) 31,6°C-dir.
Nəqliyyat 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri Kateqoriya:Tuareqlər