Aerial Demonstration Squadron ()() başqa adıyla Smoke Squadron ()() kimi tanınan, Braziliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Hazırda aviaşoular zamanı Embraer EMB 312 Tucano təyyarələrindən istifadə olunur.

Tarixi Komanda ilk ictimai uçuşunu 1952-ci il 14 may tarixində T-6 Texan təyyarələri ilə həyata keçirmişdir. Həmin təyyarələr 1968-ci ildə komanda yenidən qurulana qədər istifadə olunmuşdur. Komanda 1977-ci ildə ləğv olunmuş, 1983-cü ilin 8 dekabr tarixində isə yenidən qurulmuşdur. Həmin dövrdə T-25 Universal təyyarələrindən istifadə olunmağa başladı. Daha sonra isə bu təyyarələr Embraer EMB 312 Tucano ilə əvəz olundu. O vaxtdan təyyarələrin qırmızı rəngi, göy rənglə əvəz olundu.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Aerobatika komandaları