Serebro – rus pop qrupu.
Tarixi
Qrup 2006-cı ildən fəaliyyət göstərir. Qrupun üzvləri:Yelena Temnikova, Anastasiya Karpova və Olqa Seryabkinadır. Qrupun produseri məşhur Maksim (Maks) Fadeevdir. Serebro 2007-ci ildə "Song #1" adlı mahnı ilə Rusiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və finalda 207 bal toplayaraq 3-cü olmuşdur. 2009-cu ildə Serebro OpiumROZ adlı ilk albomunu ictimaiyyətə təqdim edir. Qrup Russian Music Awards və Qızıl Qrammafon kimi mükafatların sahibidir. Həmçinin Britni Spirsin "Oops!…I Did It Again" adlı mahnısının plaqiatını elədiyi üçün utancverici "Qızıl Qaloş" mükafatına da sahib çıxıb.
Mənbə
Serebro (Rusiya,2007)
Xarici keçidlər
Rəsmi sayt
Kateqoriya:Musiqi qrupları Kateqoriya:Rusiya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2024-cü ildə yaranan musiqi qrupları Kateqoriya:2006-cı ildə yaranan musiqi qrupları Kateqoriya:Rusiyanın "Avroviziya" təmsilçiləri