Hasi-Ben-Abdullah () — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Sidi-Huiled dairəsinə daxildir.
Coğrafi mövqe Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimali vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şimal-şərqdə, ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 558 kilometr cənub-şərqdə yerləşir.
Hasi-Ben-Abdullah kommunası Əyn-Bəda, Sidi-Huiled, Nəqusa, Əl-Həcirə və Haso-Məsud kommunaları ilə həmsərhəddir. Sahəsi 3060 km2-dir.
İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,6°C, ən isti ay (iyul) 34°C-dir.
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri