Françesko Koko — italyan futbolçu, müdafiəçi.

Bioqrafiyası "Milan"ın akademiyasının yetirməsinə böyük ümidlər bəslənilirdi. Əvvəlcə o, bu ümidləri doğruldurdu. Gənc yaşlarında Koko iki dəfə "skudetto"ya sahib çıxdı, sonra İtaliya millisində oynamağa başladı. Lakin məntiqi ardıcıllıq gəlmədi. Dönüş nöqtəsi, yəqin ki, 2002-ci ildə "İnter"ə keçidi oldu. Françesko nə qədər çalışsa da, əsas heyətin tamhüquqlu üzvü ola bilmədi. Nəticədə də "skuadra Azzura"da da yerini itirdi. Son aylarda isə "nerazzura"nın baş məşqçisi Roberto Mançini, elə bil, onun adda oyunçunu tanımırdı.

2006/07-ci illər mövsümü Məşqçinin onu inkar etməsinin sonu o oldu ki, müdafiəçi icarə əsasında "Torino"ya yollandı, amma turinlilərin heyətində də işləri qaydasına düşmədi. Cinah müdafiəçisi mövsümün ikinci yarısında cəmi 3 oyun keçirdi.

Yayda "İnter"ə qayıdan Koko əvvəlki kimi Mançininin nəzər dairəsindən kənarda qalırdı. Axırda bir neçə həftə əvvəl futbolçu butslarını mıxdan asdığını və aktyorluq karyerasına başlamağı planlaşdırdığını və Hollivuda gedəcəyini açıqladı.

Nailiyyətləri İtaliya çempionu (1996, 1999), ölkə kuboku (2005) və Superkubokunun sahibi (2007).

Həmçinin bax

İstinadlar

Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Livorno FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Viçentsa FK futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Futbol üzrə Aralıq dənizi Oyunları medalçıları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Askoli FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular