sağ|thumb|213x213pik|Qara rənglə rənglənmiş bir qaldırılmış yumruq simvolu
Qaldırılmış yumruq və ya sıxılmış yumruq — həmrəylik və dəstək simvolu kimi istifadə olunur. Həmçinin də ittifaq, güc, itaətsizlik və ya müqaviməti ifadə etmək üçün salam kimi də istifadə olunur.
Tarixi
sağ|thumb| İspaniya vətəndaş müharibəsi (1930-cu illər) əsnasında təxliyə edilən uşaqlardan bəziləri Respublikaçıların salamını verir. Respublikaçılar qaldırılmış sağ yumruq göstərirdilər, Millətçilər isə öz növbələrində Roma salamı verirdilər
1917-ci ildə Dünya Sənaye İşçiləri (IWW) tərəfindən qaldırılmış sağ yumruq loqo kimi istifadə edilmişdir. Bununla belə, 1936-1939-cu illərdə baş verən İspaniya vətəndaş müharibəsi zamanı respublikaçı qruplar tərəfindən salamlama simvolu kimi istifadə edilmiş və “Xalq Cəbhəsi salamı” və ya “antifaşist salamı” kimi tanınaraq populyarlıq qazanmışdır. Sağ yumruq salamı daha sonralar bütünlükdə Avropa miqyasında solçular və antifaşistlər arasında yayılmışdır.
Qrafik simvol 1948-ci ildə Meksikada inqilabi sosial mübarizələri inkişaf etdirmək üçün incəsənətdən bir vasitə kimi istifadə edən mətbəə olan Taller de Gráfica Popular tərəfindən populyarlaşdırılmışdır. Rəssam və fəal Frank Cieciorkanın Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi üçün sadələşdirilmiş versiya hazırladıqdan sonra onun istifadəsi ABŞ-da 1960-cı illərdə yayılmışdır. Bu versiya daha sonralar Tələbələr tərəfindən Demokratik Cəmiyyət və Qara Güc hərəkatı üçün istifadə edilmişdir.
Qaldırılmış sağ yumruq La Luttenin davam etdiyi 1968-ci ilin may üsyanı zamanı hazırlanmış təbliğat afişalarında müntəzəm formada istifadə olunmuş, sıxılmış yumruğun başında bir fabrik bacası təsvir edilmişdir.
Qaleriya
Həmçinin bax
Dəmir yumruq
İstinadlar
Xarici keçidlər
A brief history of the 'clenched fist' image Bitter price of Olympics' iconic image – from Los Angeles Daily News India Faces Maoist 'Red Salute' – from BBC World News Aryan Fist article – from the Anti-Defamation League Jenna Amatulli: The Raised Fist Emoji Is Social Media's Resistance Symbol
Kateqoriya:Əl jestləri Kateqoriya:Loqolar Kateqoriya:Siyasi simvollar Kateqoriya:Salamlama