Boris Nikolayeviç Livanov (; ) — sovet aktyoru, teatr rejissoru, SSRİ xalq artisti (1948), Stalin mükafatı (1941, 1942, 1947, 1949, 1950) və SSRİ Dövlət mükafatı (1970) laureatı, Vasili Livanovun atası.
Həyatı Boris Livanov 1924-cü ildən Moskva Bədaye Teatrının aktyoru, 50-ci illərdən eyni zamanda rejissoru olmuşdur. Ən yaxşı rolları Şvandiya ("Lyubov Yarovaya", K.Trenyov), Nozdryov ("Ölü canlar", N.Qoqolun eyniadlı əsəri üzrə), Solyonı ("Üç bacı", A.Çexov), Rıbakov ("Kreml saatı", N.Poqodin), Yeqor Bulıçov ("Yeqor Bulıçov və başqaları", M.Qorki), Dmitri Karamazov ("Karamazov qardaşları", F.Dostoyevskinin eyniadlı əsəri üzrə) və b. olmuşdur. 1924-cü ildən kinoda çəkilmişdir. "Dubrovski" (1936), "Baltik deputatı" (1937), "Minin və Pojarski" (1939), ""Varyaq" kreyseri" (1947), "Admiral Uşakov" (1953), "Dəniz haqqında poema" (1958) və. Lenin ordeni, 5 başqa orden və medallarla təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:"Moskvanın 800 illik xatirəsinə" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları