Əbu Bəkr Əhməd ibn Əli ər-Razi əl-Cəssas əl-Hənəfi (; ) — Hənəfi məzhəbinin fəqihlərindən biri.Jonathan A. C. Brown (2007), The Canonization of al-Bukhārī and Muslim: The Formation and Function of the Sunnī Ḥadīth Canon, p.151. Brill Publishers. . Müctəhid və müfəssir.
Həyatı Əbu Bərk əl-Cəssas Reydə (hazırkı İran) anadan olduğuna görə ləqəbi "ər-Razi"dir. 25 il Reydə yaşamışdır. Rəydə yaşadığı bu 25 il haqqında mənbələr heç bir məlumat vermirlər. 937-ci ildə elm dalınca Bağdada gəlmiş və burada da yaşamışdır. Müəllimi Əbu Həsən əl-Kərxidən fiqh dərsləri almışdır. Onun Bağdaddakı həyatı haqqında da bir məlumat yoxdur. Ancaq şiddətli qıtlıq səbəbiylə bir dəfə Əhvəzə, bir dəfə də əl-Hakim ən-Nişaburi ilə Nişabura getmişdir. Bu sonuncu səyahətinə şəxsən müəllimi əl-Kərxi icazə vermişdir. Lakin şeyxi, o Nişaburdaykən, Bağdadda vəfat etmiştir. Müəlliminin ölümündən sonra onun yerini alan Cəssas, Bağdadda elm və fətva ilə məşğul olmuş və davamlı tələbə oxutmuşdur. O da 981-ci il tarixində, bazar günü 65 yaşlarında Bağdadda vəfat etmişdir.
Müəllimləri Əbu Həsən əl-Kərxi (874–951). Cəssasın hər mövzuda özündən bəhs etdiyi və ən çox istifadə edib təsirində qaldığı müəllimi əl-Kərxidir. Mənbələrin yazdığına görə, geniş elmi sayəsində Hənəfilərin rəisi qəbul edilmiş, müctəhid, zöhd və təqva sahibi bir şəxs olduğu deyilmişdir. Qazılıq etməmiş, amma bir çox tələbə yetişdirmişdir. "Müxtəsər fil-Fiqh", "əl-Cəmius-Səğir" və "əl-Cəmiul-Kəbir" şərhləri, Hənəfilər tərəfindən əsas alınan "üsul qaidələri"ni (Qəvaidul-Külliyyə) ehtiva edən otuz doqquz qaidəlik mətbu bir də üsul kitabı vardır. Əbdülbəqi ibn Qaani əl-Hafiz (879–962). Cəssasın ən çox hədis rəvayət etdiyi şəxslərindəndir. Hakim ən-Nisaburi (933–1014). Ən-Nişaburi, hədis və tarix elmlərində fəaliyyət göstərmişdir. Cəssas ondan hədis və hədis üsulu təhsili almışdır. Bir çox əsəri vardır. Ən məlum olan əsəri "əl-Müstədrək"dir. Abdullah ibn Cəfər ibn Faris ən-Nəhvi (872–958). Xüsusilə ərəb dili qrammatikası və lüğət sahəsində fəaliyyət göstərmiş bir alimdir. Bununla birlikdə fiqh və hədis elmi də maraqlanmışdır. "Əl-İrşad fin-Nəhvi", "Əxbarün-Nühat" və başqa əsərlərin müəllifidir. Süleyman ibn Əhməd ət-Təbərani (874–971). Mənbələrin qeyd etdiyinə görə, o, hədis alimi olub. Çoxsaylı səyahətlər edən bu alimdən Cəssasın İraqda olarkən bəhrələndiyi güman edilir. Əbu Səhl əz-Zəccaci. Cəssasın fiqh öyrəndiyi müəllimlərindən biridir. Nişaburda vəfat etmişdir. Əbu Səhl əz-Zəccaci "Kitabür-riyad"ın müəllifidir. Məhəmməd Qulam Səhləb (v. 956). Qulam Səhləb, lüğət sahəsinin alimlərindən olduğu üçün Cəssas ondan sahəsi ilə əlaqədar rəvayətlər etmişdir. Əbu Əli əl-Farisi (v. 987). Ərəbcə sahəsində zamanının dilçilərindəndir. Çox gəzmiş, bir çox alimlə görüşmüş onlardan elm almış, özü də bir çox tələbə yetişdirmiş və əsərlər yazmışdır.
Cassas, bir çox müəllimdən istifadə etmiş və özü də elm və mədəniyyətdə təmayüz etmə imkanı tapmışdır. Cəssas müctəhid mərtəbəsinə yüksəlmiş və fiqh, fiqh üsulu, hədis və təfsir sahələrində əsərlər vermişdir; bəzi tədqiqatçılar onun əsərlərinin dövrünə və sonrakı dövrlərə təsir etdiyini qeyd edirlər.
Tələbələri Heç vəzifədə olmayan, yəni qazılıq etmədən yalnız dərs oxudan Cəssasın bir çox, tələbəsi vardır ki, onlardan bəziləri bunlardır:
Əbu Bəkir əl-Xarəzmi (v. 1012). Fətva verməsi və dərs deməsi ilə məlumdur. mənbələrin qeydinə görə, qazılıq və hədiyyə də qəbul etməmişdir. Əbu Abdillah Məhəmməd ibn Yəhya əl-Cürcani. Mənbələrə görə "Tərcih əhlindən" hesab edilən bu fəqih, əl-Qudurinin müəllimidir. "Tərcihi-Məzhəbi-Əbi Hənifə" adlı əsəri vardır. Əbu Cəfər ən-Nəsəfi (v. 1023). "ət-Taliqat fil-Xilaf" adlı əsərin müəllifidir. Əbül-Hüseyn əz-Zəğfərani. "əl-Hidayə"də tez-tez adı çəkilən bir alimdir və Cəssasın tələbələrindəndir. Məhəmməd ibn Əhməd əl-Vasiti əl-Qəməri (v. 1026). İraqlıdır. Vasit qazılığı etmişdir. Əbu Cəfər əl-Ustruşəni (ö. 1009). Cəssas və Məhəmməd ibn əl-Fəzldən elm öyrənmiş olan əl-Ustruşəni, əd-Dəbusinin müəllimidir. "əz-Ziyadat" adlı bir əsərin müəllifidir. Əbül-Fərəc Əhməd ibn Məhəmməd ibn Ömər. Onu İbn Məsləmə də adlandırırlar.
Əsərləri Cəssas, bir çox əsər yazmışdır. Bunların çoxu furu fiqhə aiddir və bu əsərlərdən bir qisimi bizə qədər gəlmişdir. Bir qisiminin də yalnız adları məlumdur. Bizə qədər gələn əsərləri bunlardır:
Şərhi-müxtəsərit-Təhavi. Nəşr edilməyən bu əsərin Süleymaniyə Kitabxanası № 717-də yazma bir nüsxəsi var. Şərhi-Ədəbil-Qadi lil-Xəssaf. Bu əsər hakimin (qazı) davranış qaydaları haqqındadır. O, əsasən əl-XəşsafınMathieu Tillier: Women before the qāḍī under the Abbasids (2009:281): "In fact, these two works can hardly be separated: al-Khaṣṣāf ’s original text is included in al-Jaṣṣāṣ’s commentary". "Kitab Şərh Ədəbil-Qadi lil-Xəşsaf" adlı kitabının şərhidir.Dieses wurde von Gilbert Paul Verbit ins Englische übersetzt (2008). Tillerin fikrincə, orijinal əsər və onun təfsiri indi bir-birindən demək olar ki, ayrılmayıb, Xəşsafın orijinal mətni Cəssasın şərhinə daxil edilib. Müxtəsəri-İxtilafil-Fuqəha. Bu əsər Tahavinin əsərinin müxtəsər hala gətirilmiş şəklidir. Əhkamul-Quran. Cəssasın bu əsəri, fiqhi təfsir sahəsinin ilk nümunəsi olaraq zamanımıza qədər gəlmiş olan fiqh, üsulu-fiqh, xilafiyyat kitabdır. Əl yazmaları və nəşrləri çoxdur. Əsərdə ayələr sırayla ələ alınaraq bunlardan yalnız əhkamla əlaqədar olanlar təfsir edilmiş, fiqhi məsələlər haqqında uzun-uzandıya tədqiqlər edilmiş, müctəhitlərin mövzu ilə əlaqədar fikirləri yazılmış, bunların əsaslanıdıqları dəlilləriylə və sənədləriylə birlikdə təqdim olunmuşdur. Üsulul-Fiqh (əl-Fusul fil-Üsul). Hənəfi məzhəbinin dövrümüzə qədər gəlmiş olan ilk fiqh üsulu kitabıdır. Bu əsər yalnız bir Hənəfi üsul kitabı deyil, eyni zamanda digər məzhəb müctəhidlərinin fikirlərinə də yer verilmiş bir xilafiyyat, yəni məzhəblər arası müqayisəli bir hüquq kitabıdır.
Haqqqındakı fikirlər Cəssas, Hənəfi fəqihlərinin ən məşhur olanlarından biridir. Bu məşhur fəqih haqqında əl-Xətib belə demişdir:
Bundan başqa onun müctəhid olduğu xüsusu da ittifaqla qəbul edilmiş lakin müctəhidliyinin dərəcəsi haqqında ittifaq edilməmişdir. Taşköprüzadə Cəssası 4-cü təbəqədən yəni Təxric əhlindən saymışdır. Buna qarşılıq Ləknəvi, Ömər Nəsuhi Bilmən, Ömər Rıza Kəhhalə, Əbu Zəhra vs. kimi alimlər, bu fikirə şiddətlə qarşı çıxaraq Cəssasın Hənəfi fəqihləri arasında təmayüz etmiş olan digər müctəhidlərin fikirlərinə də muttali olduğunu, fiqhi məsələlər haqqında uzun-uzun tədqiqlərdə olduğunu, müctəhidlərin ə mövzudakı fikirlərini ayrı-ayrı yazdığını, bunların dəlilləri sənədləriylə birlikdə bildirdiyini, əsərlərinin dəyərinin də göz önünə alaraq onun "Məzhəbdə Müctəhid" olduğunu bildirirlər. Cəssasın həyatından bəhs edən əsərlər, onun müəllimi və şeyxi əl-Kərxinin yolunda getdiyini, zühd və təqvada onu izlədiyini yazarlar. Özünə iki dəfə qazılıq etməsi təklif edildiyi halda, bunu qəbul etməmiş, müəllimi də bunu qəbul etməməsini tövsiyə etmişdir.
İstinadlar
Ədəbiyyat Peter C. Hennigan: "al-Khaṣṣāf (d. 261/874)", in: Oussama Arabi, David Stephan Powers, Susan Ann Spectorsky: Islamic Legal Thought. A Compendium of Muslim Jurists Brill Academic Pub, 2013, Mathieu Tillier: Women before the qāḍī under the Abbasids, Islamic Law and Society, Vol. 16 (2009) Peter C Hennigan: The birth of a legal institution : the formation of the waqf in third-century A. H. Ḥanafī legal discourse. 2003 Ādāb al-Qāḍī: Islamic legal and judicial system. Aḥmad ibn ʻUmar Khaṣṣāf; ʻUmar ibn ʻAbd al-ʻAzīz Ṣadr al-Shahīd; Munir Ahmad Mughal Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 208. ISBN 978-9952-489-89-7.
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Müctəhidlər