Taylor Edwin Hackford () — amerikalı kinorejisordur. Hackford 31 dekabr 1944-cü ildə Kaliforniya ştatının Santa Barbara şəhərində ingilis əsilli ailədə anadan olub. O, Amerika Rejissorlar Gildiyasının prezidenti vəzifəsində işləmişdir. 1979-cu ildə "Yeniyetmə ata" (ingiliscə orijinal adı: Teenage Father) filminə görə "Ən yaxşı qısametrajlı film" kateqoriyasında Akademiya Mükafatını qazanmışdır. Onun töhfə verdiyi digər filmlərdən bəziləri; An Officer and a Gentleman (1982) və Ray (2004). Daha əvvəl iki dəfə evli olan Hackford 1997-ci ildə evləndiyi üçüncü həyat yoldaşı, britaniyalı peşəkar aktrisa Helen Mirren ilə bərabər yaşayır. Onun iki övladı vardır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları