Fransa Hind-Çini (, , , , ), Hind-Çin İttifaqı , , , , , ) və ya Hind-Çin Federasiyası (, , , ) — Cənub-Şərqi Asiyada Fransa müstəmləkələri qrupu. Buraya qərbdə Kamboca, Laos (1899-cu ildən), şimalda Çinin Quançjouvan ərazisi (1898–1945) və Vyetnamın Tonkin bölgəsi, mərkəzdə Annam və cənubda Koxinxina daxil idi. Müstəmləkə 1887-ci ildə təsis edilmişdir və 1954-cü ildə ləğv olunmuşdur. Tarixinin böyük hissəsində paytaxtı Hanoy olmuş, 1887–1902-ci illərdə Sayqon ilə əvəz edilmiş və yenidən 1945–1954-cü illərdə Hanoy olmuşdur.

İkinci Fransa imperiyası 1862-ci ildə Koxinxinanı ilhaq etmiş, 1863-cü ildə Kambocada protektorat qurmuşdur. Üçüncü Fransa Respublikası Tonkin kampaniyasında Vyetnamın şimalını ələ keçirdikdən sonra, 1887-ci ildə bu protektoratlar ittifaqda birləşdirilmişdir. İttifaqa sonradan Laos protektoratı və Çinin Quançjouvan ərazisi olmaqla daha iki qurum daxil edilmişdir. Fransızlar hakimiyyətdə olduqları dövrdə bölgənin sərvətləri istismar etməklə yanaşı, regionda səhiyyə və təhsil sisteminin yaxşılaşdırılmasına da öz töhfələrini vermişdilər. Bununla belə, yerli əhali ilə müstəmləkəçilər arasında dərin fikir ayrılıqları qalmış, yerlilər ara-sıra üsyanlar qaldırmışdır. İkinci Dünya müharibəsi zamanı Fransanın süqutundan sonra müstəmləkə Vişi rejimi tərəfindən idarə olundu və 1945-ci ilin martına qədər Yaponiyanın işğalı altında qalmışdır. Bu zaman Yaponiya müstəmləkə rejimini devirmişdir. Yaponiyanın təslim olmasından sonra Ho Şi Minin başçılıq etdiyi kommunist təşkilatı olan Vyetmin Vyetnamın müstəqilliyi elan etmiş, lakin sonradan Fransa regiona nəzarəti bərpa etmişdir. 1946-cı ilin axırlarında Fransa və Vyetmin qoşunları arasında Birinci Hind-Çin müharibəsi kimi tanınan tammiqyaslı müstəqillik müharibəsi başlamışdır.

Vyetnam əleyhinə mübarizə aparmaq üçün 1949-cu ildə keçmiş imperator Bao Dayın başçılıq etdiyi Vyetnam Dövləti elan edilmişdir. Fransanın Vyetnamı yenidən birləşdirmək cəhdləri uğursuz olmuşdur. 1953-cü il oktyabrın 22-də və noyabrın 9-da Laos krallığı və Kamboca krallığı müstəqilliklərini elan etmişdir. 1954-cü il Cenevrə Konfransından sonra fransızlar iki ölkəyə (1976-cı ilə qədər) bölünmüş Vyetnamdan könülsüz şəkildə geri çəkilmiş, Fransa Hind-Çini ləğv edilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Brocheux, Pierre, and Daniel Hemery. Indochina: An Ambiguous Colonization, 1858–1954 (University of California Press; 2010) 490 pages; a history of French Indochina.

Harris, Richard. "Indochina and the French" History Today (Feb 1955) 5#3 pp 84–94.

Logevall, Fredrik. Embers of War: The Fall of an Empire and the Making of America's Vietnam (2014). Pulitzer Prize

Watson, D. R. (1970) "The French and Indo-China" History Today (Aug 1970, Vol. 20 Issue 8, pp 534–542; online survey

Xarici keçidlər

The Colonization of Indochina, from around 1892 Indochina, a tourism book published in 1910 Pierre Brocheux: Colonial Society (Indochina), in: 1914-1918-online. International Encyclopedia of the First World War. Annuaire général de l'Indo-Chine française – BnF

Kateqoriya:Keçmiş Fransa müstəmləkələri Kateqoriya:XIX əsrdə Vyetnam Kateqoriya:XX əsrdə Vyetnam Kateqoriya:XIX əsrdə Kamboca Kateqoriya:XX əsrdə Kamboca Kateqoriya:XIX əsrdə Laos Kateqoriya:XX əsrdə Laos Kateqoriya:1887-ci ildə yarananlar Kateqoriya:Fransa müstəmləkə imperiyası Kateqoriya:İkinci imperiya Kateqoriya:Soyuq müharibənin tarixi dövlətləri Kateqoriya:Asiyanın tarixi dövlətləri