Aleksandr Daniloviç Aleksandrov (; ) — SSRİ və Rusiya riyaziyyatçısı, fiziki, filosofu, alpinisti, akademik.
Həyatı Aleksandr Daniloviç Aleksandrov 4 avqust 1912-ci ildə anadan olmuşdur. O, 1951-ci ildən Sov.İKP üzvü olmuşdur. Aleksandrov 1952–1964-cü illərdə Leninqrad Universitetinin rektoru olmuşdur. Onun tədqiqatları həndəsəyə aiddir. Aleksandrovun fiqurların metrik xassələrini öyrənmək üçün kəşf etdiyi üsullar həndəsənin tədqiqat sahəsini genişləndirmişdir. Onun nisbilik nəzəriyyəsi və fəlsəfənin əsaslarına dair tədqiqatları da var. Aleksandrov 1964-cü ildən SSRİ EA akademiyasının üzvü olmuşdur. O, 1949-cu ildə alpinizm üzrə SSRİ idman ustası olmuşdur. Aleksandr Daniloviç Aleksandrov 27 iyul 1999-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində vəfat etmişdir.
Təltif və mükafatlar Aleksandr Aleksandrov 1942-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. O, "Lenin" ordeni və başqa ordenlərlə təltif edilmişdir. Aleksandrov 1951-ci ildə Lobaçevski adına beynəlxalq mükafat almışdır.
İstinadlar
Əlavə ədəbiyyat
Некролог
Xarici keçidlər
Александр Данилович Александров. Страница в «Пантеоне петербургских математиков» на сайте Санкт-Петербургского математического общества Александров А. Д. в проекте «Научные школы ННЦ СО РАН» Ленинградская геометрическая школа Вершик А. М. Вспоминая А. Д. Александрова Кутателадзе С. С. Александров и современность Кутателадзе С. С. Штрихи Кутателадзе С. С. Александров из Древней Эллады Кутателадзе С. С. Александров и Смирнов, просветители из Петербурга. Кутателадзе С. С. Об одной полемике. Медведева Д. А. Рядом и вместе (Памяти отца) Персональная страница на сайте Фотоархива СО РАН
Kateqoriya:SSRİ riyaziyyatçıları Kateqoriya:Rusiya riyaziyyatçıları Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Rusiya fizikləri Kateqoriya:Rusiya filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Rusiya alpinistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:RSFSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XX əsrin fizikləri