Oğuzqışlaq (əvvəlki adı: Vartaşenqışlaq) — Azərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi rayonunun Oğuz rayonunun Oğuz şəhər inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş kənd.

Toponimikası Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə əsasən, oykonim "Oğuz yaşayış məntəqəsinin qışlağı" mənasını daşıyır. Lüğətə əsasən, Oğuzqışlağın əvvəlki adı Vartaşenqışlaq idi, əvvəllər Aşağı Vartaşen də adlanmışdı. Lüğətə əsasən, kollektivləşmədən sonra qışlaq daimi yaşayış məntəqəsinə çevrilmişdi.

Coğrafiyası və iqlimi Keçmiş kəndin ərazisi Alazan-Əyriçay çökəkliyində yerləşir.

Tarixi Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə əsasən, Oğuzqışlağın əvvəlki adı Vartaşenqışlaq idi.

Azərbaycan SSR 1977-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə də Vartaşen rayonunun Vartaşen şəhər Sovetinin tərkibində Vartaşenqışlaq kəndi qeyd olunurdu.

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli Qərarı ilə Vartaşen şəhərinin Oğuz şəhəri, Vartaşen rayonunun Oğuz rayonu adlnadırılması qərara alınmışdı.

5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Oğuz rayonunun Oğuz şəhər inzibati ərazi vahidi tərkibindəki Oğuzqışlaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.

Tarixi abidələri

Coğrafiyası və iqlimi

Əhalisi

İqtisadiyyatı

Mədəniyyəti

Təhsil

Din

Səhiyyə

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Oğuz rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:1999-cu ildə ləğv olunan yaşayış məntəqələri