13-cü rayon, Banlieue 13 və ya B13 — 2004-cü ildə çəkilmiş fransız döyüş filmidir. Filmin rejissoru Pyer Morel, prodüseri və ssenari müəllifi Lük Bessondur. Filmin parkur səhnələrində kompüter effektləri və ya kəndirlərdən istifadə olunmayıb. Bu səbəbdən bəzi tənqidçilər onu Tayland filmi Ong-Bak ilə müqayisə edirlər. Bu filmdə Leito obrazını parkur idmanının banisi David Belle canlandırır.
Süjet xətti 2010-cu ildə sosial səbəblərə görə 13-cü rayon adlanan rayon Paris hökuməti tərəfindən bağlanıb. Nəzarət oluna bilməyən cinayət nisbətinə görə ərazi böyük divarlarla əhatə olunub. 13-cü rayonda yaşayan Leito cinayətkarlara qarşı təkbaşına mübarizə aparır. Regionun ən böyük cinayət lordu Taha, oğurlanmış olan narkotiklərini geri almaq üçün adamlarını Leitonun yaşadığı yerə göndərir. Tahanın adamları Leitonun mənzilinə gələndə Leito vannada narkotikləri təmizləyirdi. Arxasınca adamların gəldiyini anlayan Leïto parkur texnikasından istifadə edərək qaçmağı bacarır. Leytonu əlindən qaçıran Taha, Leytonun bacısı Lolanı qaçıraraq Leytonu özünə cəlb etməyə çalışır. Bacısının qaçırılacağını təxmin edən Leito Tahanı məkanında hazırlıqsız yaxalayır və onu girov götürür. Leito və bacısı Lola Tahanı silah gücünə polis bölməsinə aparır və müfəttişə təhvil verirlər. Lakin Tahanın sayca çox olan adamlarından qorxan müfəttiş Tahanı həbs etmək əvəzinə, Leytonu həbs edir və Tahanın Lola ilə getməsinə icazə verir.
Hadisədən 6 ay sonra gizli polis olan Demien Tomasso rəisləri tərəfindən gizli tapşırıq üçün 13-cü rayona göndərilir. Onun məqsədi Tahanın 13-cü rayonda hardasa məxfi bir məkanda gizlətdiyi böyük nüvə bombasını zərərsizləşdirməkdir. Damien məhbus qiyafəsində Leitonun olduğu həbsxanaya daxil olur. Onun məqsədi ərazini yaxşı tanıyan Leitonun dostluğunu qazanaraq bombanı tapıb zərərsizləşdirməkdir. Damien və Leito polis maşını ilə aparılarkən, Damien maşındakı polisləri döyərək onları zərərsizləşdirir və beləliklə də həm Leitonu, həm də özünü xilas edir. İndi həbsxanadan çıxan Leitonun məqsədi bacısı Lolanı Tahanın əlindən xilas etmək, Damienin məqsədi isə bombanı tapıb zərərsizləşdirməkdir.
Aktyor heyəti və rolları Cyril Raffaelli — Kapitan Damien Tomaso David Belle — Leïto Tony D'Amario — K2 Dany Verissimo — Lola Bibi Naceri — Taha Ben Mamoud François Chattot — Krüger Nicolas Woirion — Corsini Patrick Olivier — Polkovnik Samir Guesmi — Jamel Jeff Rudom — Yeti
Davam filmi
Filmin davamı olan Banlieue 14 filminin çəkilişləri Serbiyanın paytaxtı Belqradda 2008-ci ilin avqustunda başlamış və 2008-ci ilin noyabrına qədər davam etmişdir. David Belle və Cyril Raffaelli bu filmdə Leïto və Damien obrazlarını yenidən canlandırmışdırlar. Luc Besson yenidən filmin prodüserliyini və ssenari müəllifiyini öz üzərinə götürmüşdür. Filmin adı daha sonra Banlieue 13: Ultimatum olaraq dəyişdirilmişdir. Film 18 fevral 2008-ci ildə Fransada və 2 oktyabr 2009-cu ildə Böyük Britaniyada nümayiş etdirilmişdir.
Remeyki
Filmin ingilis remeyki olan Brick Mansions üçün çəkilişlər 2010-cu ildə Detroitdə başlamışdır. 2014-cü ilin aprelində nümayiş olunan filmdə Damien rolunda Pol Volker, Leïto rolunda David Belle və banda lideri rolunda rep sənətçisi RZA çəkilmişdir. Kərpic imarətlər, Pol Uokerin ölümündən (noyabr 2013) əvvəl tamamlanmış olan son filmdir.
İstinadlar
Kateqoriya:Fransızca filmlər Kateqoriya:Lük Bessonun filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:2004-cü ilin Fransa filmləri Kateqoriya:2004-cü ilin ABŞ filmləri Kateqoriya:Pathé filmləri Kateqoriya:StudioCanal filmləri Kateqoriya:Polis məmurları haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər