Azərbaycan döyüş sənətləri və oyunları — Azərbaycanda tarixən oynanılmış döyüş tipli idman növləri və oyunlar. Güləş, zorxana, oxçuluq və çövkən Azərbaycanın əsas döyüş sənətləridir.
"Kitabi-Dədə Qorqud"da (XIII–XV əsrlər) və "Koroğlu" dastanının Azərbaycan versiyasında (XVII əsr) döyüş sənətləri və meydan tamaşaları ilə bağlı məlumatlar verilir. Azərbaycan xanlıqları dövründə (XVIII əsrin II yarısı — XIX əsrin əvvəlləri) isə ordularda "bahadır" adlandırılan pəhləvanlar var idi. Məşhur Azərbaycan pəhləvanlarına "Altıaylıq pəhləvan" ləqəbli Əbdüləli Axundov, bakılı Şonu Abdulla, Sali Süleyman, Rəşid Yusifov daxildir. 2022-ci ildə pəhləvanlıq irsi "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında UNESCO səviyyəsində Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilmişdir.
Zorxana döyüş sənətinə sinə oyunu, mil oyunu, yekba, səngi-daşqaldırma, kəbbadə, ayaqdöymə, çərxi, güləş daxildir. Azərbaycanda zorxananın keçirildiyi qədim yerlər Bakıdakı XV əsr İçərişəhər zorxanası və Ordubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski buradakı zorxanalarda yarışmaları, cambaz və pəhləvanları təsvir edir. Keçmiş dövrdə meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s. oyunlarına rəğbət var idi. XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir. Sovet dövründə zorxana fəaliyyəti zəifləsə də, müstəqillik dövründə vəziyyət müsbət istiqamətdə dəyişmişdir.
Azərbaycan güləşinin tarixən qədim olduğu qəbul edilir. Rus inqilabından əvvəlki dövrlərdə güləş Azərbaycan kəndlərində məşhur idi: məhsul yığımı zamanı xırmanlarda, xalçasız, düz yerdə yarışlar keçirilirdi. İnqilabdan sonra güləş Bakı ətrafında, xüsusən Müştəngi, Buzovna, Zabratda, eləcə də Gəncə, Salyan, Şəki, Xilə, Zaqatala və s. yerlərdə məşhur idi. Azərbaycan güləş fəndlərinin tarixi adlarına "ayaqçaldı", "qurdqapanı", "yaxapaça", "köpəyquyruğu", "tülküquyruğu", "miyangir", "paçabənd", "pişling", "topuqqapma", "çəngəl" daxil idi. Güləş qaydalarının Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən sistemləşdirilməsi, dəqiqləşdirilməsi və təsdiqi həyata keçirilib.
Oxatma Azərbaycan meydan tamaşalarına daxildir. XIV əsr Azərbaycan şairi Qazi Bürhanəddinin divanında oxçuluqla bağlı 75 terminə yer verilmişdir, hansı ki, bunlardan 39-u türk mənşəlidir, 9-u isə türk sözü ilə alınma sözlərin birləşməsi nəticəsində əmələ gəlmişdir. Ox yarışlarında həm piyada, həm atlı şəkildə yüksək yerdən atılan almanı havada vurmaq, qırx oxu eyni hədəfdən keçirmək, üzük halqasından ox keçirmək və s. şərtlər yerinə yetirilirdi. Atla oxatmanın oyun növlərinə qopuq və "piyalə və ox" aiddir. Müasir Azərbaycanda kamandan oxatma idman növü sovet dövründən etibarən inkişaf etməyə başlamışdır.
Pəhləvanlıq sənəti 250px|thumb|left|Azərbaycan pəhləvanlarının çıxışı
XVII əsr Azərbaycan dastanı "Koroğlu"nun "Ərzurum səfəri" qolunda pəhləvan meydanı və əmud vasitəsilə oynanılan meydan tamaşası təsvir edilir:
XVIII əsrin II yarısında bütün Azərbaycan xanlıqlarının ordularının adi insanların "bahadır" adlandırdığı pəhləvanları var idi. Pəhləvanlar arasındakı yarışlar zorxanalarda həyata keçirilirdi.Багирова М, Мамедов Э. Из истории спорта в древнем и средневековом Азербайджане // İRS. — Баку, 2015 № 1 (73). — С. 16−22. Qarabağ xanı İbrahimxəlil xana (XVIII–XIX əsrlər) məxsus olan zorxana Şuşanın Xan bağında yerləşirdi. Orada dövrün idman sirləri öyrədilirdi, fiziki sağlamlığın qoruyub saxlamaq üçün məşq və yarışlar keçirirdilər, pəhləvanlar hazırlanırdılar. Qarabağ xanlığında pəhləvan statusu xüsusi fərmanla verilirdi.
Məşhur pəhləvanlara Şirvanlı Məhəmməd, Zaqafqaziyada, Dağıstanda və İranda şöhrət tapmış maştağalı Hüseynqulu Hacı Mürsəl oğlu və onun şagirdi "Altıaylıq pəhləvan" ləqəbli Məşədi Əbdüləli Axundov, abşeronlu Hüseynqulu Mirzə Haşim oğlu, balaxanılı Sar Pənçi, bakılı Şonu Abdulla, Əhmədli Məmməd, Atababa misal göstərilə bilər. Maştağalı "Altı Aylıq"ın gücü ilə bağlı xalq arasında əfsanələr yaranmışdır. Nəhəng gürzlərlə və dəvələrlə məşq etdiyi, 40 kiloqramlıq səngiləri bir əlində qaldırıb atdığı, eyni zamanda bir neçə pəhləvanla döyüşdüyü qeyd edilir. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda yetişmiş Sali Süleyman və Rəşid Yusifov kimi zorxana pəhləvanları isə çıxışları ilə ölkədən kənarda məşhurlaşmışdılar.
Keçmişdə gücünə və oyun texnikasına inanan bəzi pəhləvanlar balaca aynaları dizlərinə bağlayırdılar ki, dizləri döyüşdə yerə gəlməsin. Xalq arasında belələri "Aynalı Pəhləvan" adlanırdı. Aynanın qırılması pəhləvanın məğlubiyyəti demək idi. Sim pəhləvanları isə meydanlarda payalara bağlanmış sim üstündə rəqs elementləri ilə müxtəlif ritmik və akrobatik hərəkətlər edir, sim üstündə barmaqlarının, əllərinin üstündə gəzir, daş qaldırır, dişləri ilə daş atıb-tuturdular.
Sınıqçı adlandırılan təbiblər güləş və döyüş zamanı, müxtəlif idman oyunlarını həyata keçirən zaman baş verən zədələnmələri müalicə edirdilər. Buna görə də, Azərbaycanın, demək olar ki, hər bir kəndində bir və ya bir neçə sınıqçı olurdu.NÜBAR HƏKİMOVA. "AZƏRBAYCAN FOLKLORUNDA XALQ TƏBABƏTİ İLƏ BAĞLI İNANCLAR SİSTEMİ" (az.). AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU. 2017. səh 22–23.
Zorxana
thumb|left|250px|Ordubadda Səfəvi dövrünə aid, zorxana kimi istifadə edilən bina — Qeysəriyyə. XVII əsrdə tikilmişdir. thumb|left|250px|Kəlləgöz (solda, zorxana alətləri ilə təsvir edilmişdir), Hal anası və Kosa. Əzim Əzimzadənin rəsmi.
Şah I İsmayıl İran və Azərbaycanda hərbi yolla şiəliyi yaymışdır. Buna görə də onun başçılıq etdiyi Səfəviyyə ordeninin hərbi və siyasi gücə ehtiyacı var idi və I İsmayılın döyüş sənətlərinə hamilik etməsi bundan qaynaqlanırdı. O, zorxananı təbliğ edirdi.
Zorxana idman növünə daxil olan oyunlar kompleks oyun silsiləsindən ("sino oyunu" və ya "qılıncsındırma", "mil oyunu", "yekba", "səngi-daşqaldırma", "kəbbadə" və ya "kəmanə", "yepka" və ya "ayaqdöymə", "çərxi", yaxud "təndüvrə", "zəncirqırma", "güləş" və ya "qurşaqtutma") ibarət idi və biri digərinin ardınca icra edilirdi. Meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s. oyunlarına rəğbət var idi.
Zorxanada miyandarın işarəsi ilə musiqi çalınır və oyun başlanırdı. Ənənəvi zorxana rəqs şəklində, "Cəngi" sədaları, yaxud nağaranın çox sürətli zərbələri altında müşayiət olunurdu. Şəkidə musiqi olaraq "Koroğlunun qaytarması", "Misri", Lənkəranda isə "Pəhləvani" havası ifa edilirdi. Döyüş sənətinin icra edildiyi meydança süfrə, oyunu idarə edən şəxs isə təlimçi-mürşüd adlanırdı. General-mayor Cəfərqulu xan Cavanşirin verdiyi məlumata görə zorxanada havanın yaxşı olması üçün ətirli bitkilər yandırılırdı. İstifadə edilən musiqi alətləri dümbək, qoşa zurna və tütək idi, Şuşada isə xüsusi olaraq tar və kamança çalınır, şeir və hekayələr oxunurdu.
Pəhləvanların toplaşıb məşq etdiyi və bir-biri ilə yarışdığı yer elə döyüş sənətinin adına uyğun olaraq zorxana adlanırdı. Azərbaycanda zorxana olaraq istifadə edilən binalar Bakıdakı XV əsr İçərişəhər zorxanası və Ordubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski Bakı zorxanalarındakı yarışmaları, belə yerlərdəki cambaz və pəhləvanları təsvir edirdi.Материалы по истории Азербайджана / Редакционная коллегия: И. А. Азизбекова (ответственный автор), А. И. Гусейнов, Ф. М. Алиев, Н. А. Таирзаде, Д. Д. Гаджинский, Р. А. Мамедов. — Элм, 1968. — Т. VII. — С. 34. XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir. Şəki-Zaqatala və Bərdə bölgəsində zorxana xalq toy mərasiminin bir parçası idi. Müəyyən bir ssenari və ardıcıllıq ilə qurulmuş zorxana nömrələri rəqs formasında, musiqi və mahnılar ilə təqdim edilirdi.
Zorxananın İslam dini ilə olan bağlantısı sovet dövründə bu idman növünün qadağan edilməsinə səbəb olmuşdur. Ancaq buna baxmayaraq 1990-cı ildə yaradılan Milli İdman Növləri Assosiasiyasına zorxana milli idman növü kimi daxil edildi. 1992-ci ildən başlayaraq zorxananın da daxil olduğu milli oyunlar bədən tərbiyəsi proqramına əlavə edildi. 2009-cu ildə zorxana və pəhləvan güləşi üzrə keçirilən I Dünya kuboku yarışında Vüqar Qurbanov ağır çəki dərəcəsində birinci yeri tutdu. Beynəlxalq Zorxana İdman Federasiyası tərəfindən ona "Cahan Pəhləvanı" adı və "Qızıl Bazubənd" təltifi verilmişdir. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən zorxana üzrə yarışlarda Azərbaycanı Məmmədi Salamov, Orxan Xanlarov, Rüfət Gülalıyev, Tural Əliyev və Xəyyam Orucov təmsil etdi, 1 qızıl, 3 gümüş və 3 bürünc qazanıldı.
Azərbaycan Tarix Muzeyində zorxanada istifadə olunan idman alətləri (zorxana şilləri, toppuzlar, yekbargirlər), canbaz geyimləri (pəhləvan güləşçilərin şalvarları və s.) saxlanılır. Muzeydə qorunan rəsmdə isə XVII əsr zorxanası təsvir edilir.
Zorxana oyunları 280px|thumb|right|Zorxana oyunları: Kəbbadə, mil oyunu və güləş (soldan sağa)
Sinə oyununda iki əllərinin üzərinə qalxar, yerdən bir qarış yuxarı olmaqla "yeriyər", əvvəl sağa, sonra sola gedər, sonra isə aşağı enərdilər, yerə yaxınlaşaraq dərhal təkrar yuxarı qalxardılar. Oyunçuların sinələri yerə dəyməməli idi. Bu oyunda daha böyük şücaət isə pəhləvanın belinə uşaq və ya daş alaraq hərəkətləri icra etməsi idi. Sinə oyunu güləşdə vacib rol oynayan elastikliyin artırılması məqsədilə icra edilir.
Mil oyunu bədəni boşaldıcı hərəkətlərdən ibarətdir, yuxarı ətraf əzələlərinin inkişafı və güc dözümlülüyünü təmin edir. Mil oyununda ağırlığından asılı olmayaraq 30 şəkildə mil oynadılır.Rəhimov M., Qulamov H. ZORXANALARDAN GÜLƏŞ ARENALARINA. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90). Mil oyununu Hüseynqulu Sarabski belə təsvir edirdi:
Yekba oyununda isə pəhləvan oyunçu hər əlində əvvəlcə pudluq, sonra qoşa-qoşa pudluq daşlar qaldırırdı. Sonra həmin daşları atıb-tutmaqla tamaşa göstərir, sinəsini, çiynini, kürəyini havaya atdığı daşların qabağına verərək onları itələyir, kənara atırdı. Yekba oyununun ən maraqlı yeri isə pudluq daşları dişlə oynatmaq idi. Yekba oyununda daşoynatmanı daha maraqlı hala gətirmək üçün əlüstü gəzərək də oyun icra edilə bilərdi.
"Kəbbadə" oyununda idmançılar kəbbadədən istifadə edirlər. Alətin "kaman" adlandırılan hissəsi sol əldə, "zeh" adlanan hissəsi sağ əldə olmaqla idmançının başından keçirilir. Kəbbadə başın üstünə qaldırılmaqla idmançı dövrə vurur, yavaş-yavaş belə qədər endirir və əlindən buraxaraq onu belində fırladır. Mil oyunu ilə oxşar bir şəkildə kəbbadədə də nağaranın yavaş, daha sonra sürətli vurulması ilə oyun icra edilir.
"Ayaqdöymə" oyunu idmançıların istirahət etməsi məqsədilə keçirilir. Oyunçular və miyandar sanki qaçırlarmış kimi hərəkət edirlər və onların ayaq hərəkətlərinə uyğun olaraq hava çalınır. Pəhləvanların icra etdiyi əlüstəgəzmə tamaşasına müəyyən əşyaları yerdən dişlə götürmək, onu başqa yerə aparıb qoymaq, əl üstündə yüyürmək və s. nömrələr daxildir. "Çərxi" ("Təndövrə") oyununda müxtəlif akrobatik hərəkətlər (çarx vurmaq) icra edildikdən sonra isə "Qaytağı", "Mirzəyi", "Koroğlu" rəqsləri sədasında sürətli addımlarla hərəkətlər edilir. Zorxanada son olaraq güləş oyunu keçirilir. Bu zaman müxtəlif templi cəngilər ("Koroğlu qaytarması", "Misri", "Koroğlunun bağırı", "Pəhləvanı") ifa edilir.
Azərbaycan güləşi