– Yaponiya genetiki və zooloqu. Baramaçılıq sahəsindəki fəaliyyətinə görə tanınır. Mendelizmi Yaponiyada populyarlaşdıran şəxs hesab olunur.

Karyerası Kametaro Toyama 1867-ci ildə Yaponiyanın Kanaqava prefekturasının ərazisində doğulmuşdur. O, 1885-ci ildə Tokio Ali Kənd və Meşə Təsərrüfatı Məktəbinə daxil olmuş, 1892-ci ilin iyulunda məzun olmuşdur. 1896-cı ildə Fukuşima prefekturasında baramaçılıq məktəbinin başçısı təyin olunmuşdur. Tokioya qayıtmazdan qabaq Yaponiya Kənd Təsərrüfatı Cəmiyyətində və Yaponiya Baramaçılıq Cəmiyyətində vəzifələr tutmuşdur.

7 fevral 1902-ci ildə Bungimaru gəmisi ilə Siama doğru yola düşmüşdür. Siam kralı Çulalonqkorn onu Siam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Baramçılıq Bürosunun baş mütəxəssisi təyin etmişdir. O, 1905-ci ilin martında Yaponiyaya qayıtmışdır. 1905-ci ilin sentyabrında Tokio Universitetinin Kənd Təsərrüfatı Kollecində işləməyə başlamış və 1908-ci ildə kollecin professoru olmuşdur. 1910-cu ildə Yaponiya hökuməti tərəfindən baramaçılıq islahatları üçün İstehsal Sorğusu Komitəsinə dəvət olunmuşdur.

Elmi töhfələri Toyama tədbiqi yevgenika sahəsindəki araşdırmalarına və təcrübələrinə görə tanınır. O, İşikava Çiyomatsunun himayəsi altında Tokyo Universitetinin Kənd Təsərrüfatı Kollecinin Zoologiya İnstitutunda ipəkqurdu spermatozoidinin inkişafını araşdırmış və "İpəkqurdu spermatozoidi haqqında" adlı dissertasiya işini tamamlamışdır. Siamda olarkən yerli ipəkqurdu növlərini araşdırmış və irsiyyətin xromosom nəzəriyyəsini inkişaf etdirmişdir. 1898–99-cu illərdə temperaturla baramaçılıq arasında əlaqə, ipəkqurdu yumurtalarının inkubasiyası, sürfə xəstəlikləri haqqında elmi işlər yazmışdır. 1906-cı ildə "Həşəratların hibridologiyası haqqında araşdırmalar" adlı dissertasiya işi tamamlamışdır.

Toyama ipəkqurdu cinsləri üzərində işləyərkən Mendel qanunlarının cücülərə tətbiq olunduğunu kəşf etmişdir. O, mendelizmin yevgenika sahəsində tətbiqini dəstəkləmişdir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya genetikləri Kateqoriya:Yaponiya zooloqları Kateqoriya:Tokio Universitetinin məzunları Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Baramaçılıq Kateqoriya:Yaponiya Elmlər Akademiyası Mükafatı laureatları