Çaharmahal türkləri (Çaharmahal türkcəsi: چهارمحال ترکلری, Çaharməhal Torkləri) — İranın Çahar-Mahal və Bəxtiyari ostanında yaşayan və Çaharmahal dilində danışan türk xalqı.شماره کتابشناسی ملی:۲۸۷۷۸۳۱/طرح بررسی و سنجش شاخص‌های فرهنگ عمومی کشور (شاخص‌های غیرثبتی){گزارش}:استان چهارمحال و بختیاری/به سفارش شورای فرهنگ عمومی کشور؛ مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛ اجرا:شرکت پژوهشگران خبره پارس -شابک:۱–۴۴–۶۶۲۷–۶۰۰–۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۳۰۰ ص:جدول (بخش رنگی)، نمودار (بخش رنگی)

Tayfa və dialektlər Çaharmahal türklərinin əksəriyyəti qaşqay tayfa konfederasiyasındandır. Qaşqayların tərkibində olmayan Çaharmahal türkləri dərəşuri, nəfər, baharlı, səlcuqi, inanı, qızılbaş, bayat, əfşar, xəlc və ya bəlvardi tayfalarının tərkibindədir. Çaharmahal türklərinin əksəriyyəti qaşqay türkcəsi və oğuz türklərinin bir qolu olan Çaharmahal türkcəsində danışır.

Demoqrafiya Çaharmahal türkləri İranın Çahar-Mahal və Bəxtiyari ostanının əhalisinin 12,1%-ni, Çaharmahal bölgəsinin isə təxminən 30%-ni təşkil edir. Onların əhalisinin əksəriyyəti Saman, Ben, Şəhrikürd, Bürucin və Farsan şəhristanlarıdır. Onlar şiə müsəlmanlardır.

İstinadlar

Kateqoriya:Oğuzlar Kateqoriya:İranda yaşayan etnik qruplar Kateqoriya:Yaxın Şərqdə yaşayan etnik qruplar Kateqoriya:Türk xalqları Kateqoriya:Etnik azlıqlar