Çarlz Qrili Abbot (; ) — ABŞ astrofiziki, günəşin fizikası və günəş enerjisinin öyrənilməsi və istifadəsi üzrə mütəxəssis.

Həyatı Massaçusets Texnologiya İnstitutunu bitirmişdir. 1907-1944-cü illərdə Smitsonian Astrofizika Rəsədxanasının direktoru və 1928-ci ildən Smitsonian İnstitutunun katibi olmuşdur.

Vaşinqtonda ABŞ Milli Elmlər Akademiyasının üzvü (1915) olmuş, 1910-cu ildə Henri Dreyper medalına layiq görülmüşdür. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1921) olmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:ABŞ uzunömürlüləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Astrofiziklər