Güllələnmiş heykəllər — Şuşa şəhərində yerləşən abidə.

Tarixi 1982-ci ildə Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəli ucaldıldı. 1992-ci il birinci Qarabağ müharibəsi zamanı heykəllər erməni vandalizmi nəticəsində zərər görmüşdür. Natəvanın baş barmağı yox idi, Üzeyirin eynəyi sındırılmışdı, Bülbülün isə tunc alnı qabarmışdı. Ermənilər heykəlləri Ermənistana aparıb, orada əridib satmaq fikrində idilər. Lakin bundan xəbər tutan Polad Bülbüloğlu, Heydər Əliyevə müraciət etmişdir. Görülmüş tədbirlər nəticəsində, Heydər Əliyev tərəfindən 1993-cü ildə həmin heykəllər Bakıya gətirilib, 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilib.

2020-ci il ikinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-i Şuşa şəhərini azad etmişdir. 2021-ci ildə İlham Əliyevin göstərişi ilə heykəllər İncəsənət muzeyindən götürülüb, yenidən Şuşa şəhərinə gətirilmişdir.

Filmoqrafiya Güllələnmiş heykəllər (film, 2002)

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə heykəllər Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşadakı büstlər Kateqoriya:Şuşa abidələri Kateqoriya:Vandalizmə məruz qalmış sənət əsərləri