Osman Sınav () — Türk rejissor, ssenarist və reklam yazıçısı. Məşhur Dəli ürək və Qurdlar Vadisi seriallarının rejissoru olub.
Həyatı Osman Sınav 1956-cı ildə Türkiyənin Burdur şəhərində anadan olub. 1975-ci ildə İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Rəsm fakültəsini bitirən Sınav, Tekstil dizaynı ilə də maraqlandığı üçün 1977-ci ildə həmin məktəbin Tətbiqi Sənətlər Liseyinin Tekstil dizaynı şöbəsinə daxil olub. İstanbul Dövlət Gözəl Sənətlər Akademiyası Kino və Televiziya İnstitutunda da təhsil alan Sınav, 1979-cu ildə məzun olub.
Peşəkar karyerasına Man Ajans-da mətn yazarı kimi başlayan Sınav, reklamçılıq karyerasına daha sonra 1980–1984-cü illərdə Qrafika Lintas adlı ajansda davam edib. Mətn yazarlığı ilə yanaşı, yaradıcı qrupun prezidenti olan Sınav, 1984-cü ildə Sinegraf Film şirkətini qurdu. Yazdığı 500-ə yaxın reklam filmi və kampaniya ilə uzunmüddətli reklam təcrübəsinə 1987-ci ildə son qoyan Sınav, artıq sadəcə kino proyektləri üzərində çalışmaq istəyirdi.
Televiziya serialları və uzun metrajlı filmləri başladan rejissor, həmin il baş rolları Haluk Qurdoğlu və Alov Sezərin olduğu Bir Məhərrinin ölümü adlı telefilm üçün kamera arxasına keçib. Daha sonra 1989-cu ildə İlhami Algörlə ssenarisini yazdıqları Hünkarın Bir Günü gəldi. 1990-cı ildə "Yalançı Şəfəq", "Kiçik dünya" və "Sevgiyə kimsə yoxdur" filmlərini çəkən Sınav, 1993-cü ildə Super ata adlı teleserialın rejissorluğunu etdi.
1994-cü ildə Mehmet Aslantuğa ən yaxşı aktyor, Sınava isə ən yaxşı rejissor yolunda Qızıl Portağal qazandıracaq Yalançı filmini çəkdi.
Mələk mənzili, mavi xəyallar və isti saatlar kimi digər seriallarada imza atan rejissor, 1998-ci ildə əvvəllər birlikdə işlədiyi Mehmet Aslantuğ və Ayşəgül Aldinçin baş rollarda oynadığı Gerilla filmini tamaşaçılara təqdim etdi. Tomris Oğuzalp filmdəki rolu ilə ən yaxşı köməkçi qadın aktrisa kimi Qızıl Portağal mükafatının sahibi oldu.
Kənan İmirzalıoğlunu kəşf edən rejissor, onun güclü bir üzü olduğunu düşünürdü. İmirzalıoğlu–Sınav tərəfdaşlığı 1998-ci ildə Dəli ürək adlı teleserial ilə başladı. 2001-ci ildə filmi üçün kamera arxasına keçən Sınav, Dəli ürək: bumeranq cəhənnəmi ilə uğur qazandı.
2002-ci ildə Savaş Dinçəlin də aralarında olduğu aktyor heyəti ilə Çörək qayığına imza atan Sınav, Qurdlar Vadisinində 55-ci bölümünə qədər rejissorluğunu və prodüserliyini etdi. Mafiya və dərin dövlət oxunda inkişaf edən münasibətlər üzərində qurulu olan serialın rejissorluğunu, başqa proyektlərlə maraqlanmaq üçün buraxdığını deyib.
O, "Qapıları açmaq"ın yeni versiyası və Mətin Ərksanın klassik "Acı həyat" filmi üçün kamera arxasında olub.
Osman Sınav son olaraq rejissorluğundan başqa prodüseri də olduğu, Fatih Akının "Qısa və acısız" adlı filmindən tanınan Mehmet Qurtuluş və Dogville, The Batman kimi filmlərdə də rol almış Udo Kierin də aralarında olduğu aktyor heyəti ilə, Pars: gilas əməliyyatını yayımladı.
2012-ci ildə özəl tədbir ilə MSGSÜ kino və televiziya fakültəsindən məzun olub.
Şəxsi həyatı 1985-ci il də Tangül Sınav ilə evlənib və bu evlilikdən Yusif Ömər Sınav, Ayşəgül Sınav və Mehmet Kənan Sınav adında 3 övladı olub. 2016-cı il də həyat yoldaşından ayrılıb.
Osman Sınav 20 mart 2025-ci ildə xərçəng xəstəliyindən vəfat edib.Kanser tedavisi görüyordu! Osman Sınav hayatını kaybetti
Filmoqrafiya +FilmoqrafiyaİlAdıNövSsenaristFilm istehsalçısıFilm rejissoruQeydlər2022Yalnız QurdTeleserial2022Gəl Desə SevgiTeleserial2018–2019Sən Anlat QaradənizTeleserial2016Nə Olar AyrılaqTeleserial2016Şahanə BəyTeleserial2015–2016İnadına SevgiTeleserial2014Xətasız Qul OlmazTeleserial2014Qızıl AlmaTeleserial2013Sevgi QırmızıFilm2012Uzun HekayəFilm2009–2013Sakarya FıratTeleserial2011Aramızdakı DivarTeleserial2010Qılınc GünüTeleserial2008–2010Doludizgin illərTeleserial2009MəsumlarTeleserial2009Alayına İsyanTeleserial2008Pars: NarkoterrorTeleserial2007Pars: Gilas ƏməliyyatıFilm2007PusatTeleserial2005–2007Acı həyatTeleserial2005Qapıları AçmaqTeleserial2003–2004Qurdlar VadisiTeleserial2002–2004Çörək QayığıTeleserial2001Dəli Ürək: Bumeranq CəhənnəmiFilm2000–2003Həyat BağlarıTeleserial1998Dəli ürəkTeleserial1996Erenler MəhəlləsiTeleserial1995GerillaFilm1994Super AtaTeleserial1993YalançıFilm1992Qapıları AçmaqFilm1991Sevgi Kimsə YoxFilm1990Kiçik DünyaTeleserial1987Bir Mühərririn ÖlümüTeleserial
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə rejissorları Kateqoriya:Türkiyə ssenaristləri Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:Türkiyə kinorejissorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları Kateqoriya:İstanbul Dövlət İncəsənət Akademiyasının məzunları