Alexandro Codorovski () — Çili əsilli fransız aktyor, komiks müəllifi, bəstəkar və kinorejissordur. Əsasən çəkmiş olduğu sürreal filmləri ilə tanınır.
Həyatı
Təlimi Alexandr Codorovski Prulyanski ezoterik, sürrealistik filmlərin rejissoru kimi tanınır. Bundan başqa nyu-eyc və dzen cərəyanlarının tərəfdarı, Taronun dünya iqyaslı tədqiqatçılarından biridir. 1990-cı illərin sonundan erkən yaşlarda alınan psixoloji fəsadların müalicəsinə yönəlmiş psixomagiya terapevtik metodikanı işləmişdir. Dəhşət, yumor və eynizamanlıq – yaratdığı "Panika" postsürealistik hərəkatının başlanğıclarıdır. Codorovski prinsipinin əsas qayəsi – insan öz varlığını dərk etməlidir. Gürciyevin ideyaları ilə səslənən rejisorun gənaətinə görə, "insan ömür boyu yuxulu vəziyyətdə qalmaq təhlükəsindədir. Bu vəziyyətdə o planeti belə məhv edə bilər. Oyaqkən ayıq, şüurlu olaraq əlbəttə ki, insan ətraf aləmi dəyişməyi bacarmaz, lakin daxili harmoniyaya nail ola bilər". Codorovski, 2014-cü ildə verdiyi müsahibədə bildirir ki, insan özünüdərkinin əsas amili bir çox şeylərdən imtina etməkdədir. Birincisi, insan öz adından imtina etməli, "mən"i "biz"lə əvəz etməyə bacarmalıdır. Daha sonra milli faktordan imtina edib, insan dərk etməlidir ki, Yer planeti onun vətənindir. Milli identifikasiya illüziyadır. İllüziya isə "oyanışa" mane olan əsas səbəbdir.
Filmoqrafiya Les Têtes interverties (1957) Fando y Lis (1967) El Topo (1970) The Holy Mountain (1973) Tusk (1980) Santa Sangre (1989) The Rainbow Thief (1990) The Dance of Reality (2013) Psychomagic, a Healing Art (2019)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:sürrealizm Kateqoriya:sürrealist filmlər Kateqoriya:Çili kinorejissorları Kateqoriya:Eksperimental kinematoqrafçılar Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Yəhudi ateistlər Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:XXI əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Çili yazıçıları Kateqoriya:1960-cı illərin əks-mədəniyyəti Kateqoriya:1970-ci illərin əks-mədəniyyəti