Arış — Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Toponimikası Kənd Qarabağ silsiləsinin ətəyindədir. Türk dillərində arış/arıs sözü tayfanın bir qolu"; "arabanın yan qoşqusu"; "çovdar" mənalarını ifadə etmişdir. 1933-cü ildə Gədəbəy rayonunda Arışlı kəndi, 1917-ci ildə Quba qəzasında Arısküş kəndi qeydə alınmışdır. Başqırdıstanın Pobonin yaşayış məntəqəsinin adı əvvəllər Arış olmuşdur. Qazaxıstanda Sırdərya çayının sağ qolu, həmin çayın sol sahilində şəhər və Qızıl Orda vilayətində şor göllərdən biri Arıs adlanır. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Arış — tayfadan bir qol; Arışlı — çovdarlı, Arışküş — çovdar zəmisi; Arıs — çay qolu deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Etimologiyası Kəndin adı Osmanlı türkcəsində Əriş formasındadır. Türk dillərində arış "Tayfanın (elin) qolu" sözündəndir.

Əhalisi Füzuli rayonunun Arış kəndində 1993-cü ilə kimi 70-ə yaxın ev olub. Tam siyahı olmadığı üçün 500 çox şəxs yaşamışdır.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Füzuli rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

Kateqoriya:Füzuli rayonunun kəndləri