Anni Erno, (; ) — Fransalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2022).
Həyatı Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məktəbdə ədəbiyyat fənnini tədris edib.
Yaradıcılığı Anni Erno "Boş rəflər" () adlı ilk romanından etibarən şəxsi təcrübə və sosial tarixlə birləşən elementləri ortaya qoymağa başlayıb.
O, təkmilləşmə, evlənmə, qadın azadlığı, cinsəllik, abort, xəstəlik, qocalıq və ölüm kimi məsələləri öz təcrübələri ilə nəql edib, əsərlərinin arxa planında daima ictimai həyat və onu təşkil edən mədəni, siyasi və tarixi hadisələrə yer verib. Onun yaradıcılığı "sosial yaddaş ədəbiyyatı" olaraq təsvir edilə bilər.
Ədəbi fəaliyyətə 1974-cü ildə "Boş rəflər" adlı avtobioqrafik romanla başlayıb. Bu roman müəllifin sonrakı yaradıcılığına da təsirsiz ötüşməyib. İlk romanında və sonrakı romanlarında da daha çox avtobioqrafik motiv xarakterikdir.
1984-cü ildə o, atası ilə münasibətlərindən və Fransanın kiçik bir şəhərində artan təcrübələri, sonrakı köç prosesindən bəhs edən növbəti avtobioqrafik romanını qələmə alıb. "Atamın yeri" () adlanan bu roman Fransanın nüfuzlu "Renodo" ədəbi mükafatına layiq görülüb.
2019-cu ildə "İllər" romanına görə Beynəlxalq Buker mükafatının qısa siyahısına düşüb.
Mükafatları 1984-cü ildə "Atamın yeri" avtobioqrafik romanına görə 1926-cı ildən etibarən Fransada ədəbiyyat üzrə verilməyə başlanan "Renodo" mükafatının laureatı olub.
Anni Erno 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi olub. Müəllif bu mükafata "cəsarət və klinik kəskinliklə, şəxsi yaddaşın köklərini, yadlaşmasını və kollektiv məhdudiyyətlərini ortaya qoymasına görə" layiq görülüb.
Əsərləri Les Armoires vides, Paris, Gallimard, 1974; Gallimard, 1984,
Ce qu’ils disent ou rien, Paris, Gallimard, 1977; French & European Publications, Incorporated, 1989,
La Femme gelée, Paris, Gallimard, 1981; French & European Publications, Incorporated, 1987,
La Place, Paris, Gallimard, 1983; Distribooks Inc, 1992,
Une Femme, Paris, Gallimard, 1987
Passion simple, Paris, Gallimard, 1991; Gallimard, 1993,
Journal du dehors, Paris, Gallimard, 1993
La Honte, Paris, Gallimard, 1997 Shame, Translator Tanya Leslie, Seven Stories Press, 1998, Je ne suis pas sortie de ma nuit, Paris, Gallimard, 1997
La Vie extérieure : 1993–1999, Paris, Gallimard, 2000
L'Événement, Paris, Gallimard, 2000,
Happening, Translator Tanya Leslie, Seven Stories Press, 2001 Se perdre, Paris, Gallimard, 2001 Getting Lost, Translator Allison L. Strayer, Seven Stories Press, 2022 L’Occupation, Paris, Gallimard, 2002
L’Usage de la photo, with Marc Marie, Paris, Gallimard, 2005 Les Années, Paris, Gallimard, 2008,
L’Autre fille, Paris, Nil 2011 L’Atelier noir, Paris, éditions des Busclats, 2011 Écrire la vie, Paris, Gallimard, 2011 Retour à Yvetot, éditions du Mauconduit, 2013 Regarde les lumières mon amour, Seuil, 2014 Mémoire de fille, Gallimard, 2016
Hôtel Casanova, Gallimard Folio, 2020 Le jeune homme, Gallimard, 2022
İstinadlar
Kateqoriya:Fransa sosialistləri Kateqoriya:Fransalı Nobel mükafatı laureatları Kateqoriya:Nobel mükafatlı qadınlar Kateqoriya:XXI əsr Fransanın qadın yazıçıları Kateqoriya:XX əsr Fransanın qadın yazıçıları