Bu məqalədə Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı verilmişdir. Bu cür şəxslər həmin sahəyə tərif və ya ciddi töhfə vermiş şəxslər hesab olunurlar. Titulun kimə aid olması barədə mübahisələr daim mümkündür.

Siyahı Əcnəbi şəxslər Sahə Şəxs/lər SəbəbArxeologiya Vilyam Qoulend Yaponiya apardığı arxeoloji tədqiqat işlərinə görə.Alpinizm Volter Veston Yaponiya alpinizmini Qərb dünyasına tanıtdığına və Yaponiya Alpinizm Klubunu yaratdığına görə.Futbol Dettmar Kramer 1960-cı illərdə Yaponiyada futbolun inkişafı üçün verdiyi töhfələrə görə.Geologiya Henrix Edmund Nauman Yaponiya Geoloji Tədqiqatlar Qurumunu yaratdığı, Yaponiyanın ilk geoloji xəritəsini tərtib etdiyi və Yaponiyanın geoloji quruluşunu tədqiq etdiyinə görə.Havay adalarına miqrasiya Robert Volker İrvin Havay adaları ilə Yaponiya arasında ilk miqrasiya müqaviləsində vasitəçi rolunu oynadığına görə.Mayaklar Riçard Henri Branton Yaponiyada ilk müasir mayakları tikdirdiyi və effektiv mayak xidmətinin əsasını qoyduğuna görə.Müasir idman Aleksandr Kameron Sim Yaponiyada ən qədim idman klubunu təsis etdiyinə görə.Müasir memarlıq Cosayya Konder Tokioda müasir memarlıq üslubda tikdirdiyi çoxsaylı tikililərə görə.Seysmologiya Con Miln Yaponiya Seysmologiya Cəmiyyətini yaratdığına və seysmoloji stansiyalar yaratdığına görə.

Yapon şəxslər Sahə Şəxs/lər SəbəbBasketbol Hyozo Omori Yaponiyanı basketbol idmanı ilə tanış etdiyinə görə.Beysbol İsoo Abe Yaponiyada beysbol idmanının inkişafı üçün töhfələrə və "Vaseda" beysbol klubunu yaratdığına görə.Botanika Udaqava Yoan Yaponiyanı Qərb dünyasının botanika elmi ilə tanış etdiyinə görə.Braziliyaya miqrasiya Şuhey Uetsuka Braziliyadakı ilk yapon immiqrantlara göstərdiyi dəstəyə görə.Fotoqrafiya Şimooka Renco Yaponiyada ilk kommersiya məqsədli fotostudiyalardan birini açdığına, ilk peşəkar yapon fotoqraflardan biri olduğuna görə.Hayku Yamazaki Sokan Ən qədim haykay antologiyasını tərtib etdiyinə görə.Kino Şozo Makino Yaponiya kinosunun ilk dövrlərinə böyük təsir göstərdiyinə görə.Qərb rəssamlığı Kuroda Seyki Yaponiyanı Qərb rəssamlığı ilə tanış etdiyinə görə.Lisey beysbolu Tatsuo Saeki Yaponiya liseylərində beysbolun inkişafı üçün verdiyi töhfələrə görə.Mikroelektronika Cuniçi Nişizava Elektronika sahəsindəki ixtiralarına görə.Müasir sikkəçilik Endo Kinsuke Yaponiyada Qərb texnikası ilə sikkələr kəstirməsinə görə.Nüvə enerjisi Matsutarō Şoriki Yaponiya Atom Enerjisi Komissiyasının ilk sədri olduğuna, nüvə reaktorlarının alınmasındakı iştirakına, nüvə enerjisindən istifadəni müdafiə etdiyinə görə.Nüvə fizikası Yoşio Nişina Yaponiyada ilk dəfə bu sahədə araşdırmalar apardığına və atom bombası layihəsinə başçılıq etdiyinə görə.Okinavaşünaslıq İha Fuyu Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoyduğuna, Okinava ədəbiyyatını və folklorunu öyrəndiyinə görə.Parazitologiya İsao İcima Parazitologiya sahəsində gördüyü işlərə görə.Raketçilik Hideo İtokava Yaponiyanın bərk yanacaqla işləyən ilk raketini yaratdığına görə.Sosializm İsoo Abe Yaponiyada ilk sosialist partiyanı qurduğuna və apardığı sosialist islahatla görə.Şou-biznes Mitsuko Mori Yaponiyanın əyləncə sənayesindəki məşhurluğuna və əlaqələrinə görə.Televiziya Kenciro Takayanaqi Televiziya sahəsindəki ixtiralarına görə.Tələbə beysbolu Suişu Tobita Yaponiya universitetlərində beysbolun inkişafı üçün verdiyi töhfələrə görə.Viski Rita Taketsuru "Nikka Whisky" şirkətini yaratdığına görə.

İstinadlar

Kateqoriya:Yaponiya şəxsləri Kateqoriya:Yaponiya siyahıları