Gəncə Dövlət Universiteti və ya qısaca GDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Tarixi 1938-ci ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır.

İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir.

O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir.

Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.

AMİ Gəncə filialı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 284 nömrəli Fərmanı"Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 284 nömrəli Fərmanı. e-qanun.az ilə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır. Bundan sonra tələbələr Gəncə Dövlət Universitetinə köçürülmüşdür.İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ali təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsinə və idarəetməsinin yaxşılaşdırılmasına xidmət edən, mövcud maddi-texniki bazadan və elmi-pedaqoji potensialdan dövlətin sosial-iqtisadi siyasətinə uyğun səmərəli istifadə olunmasını təmin edən normativ aktlar qəbul edib. edu.gov.az, 29.07.2015

Rəsmi adları 1939 — Kirovabad Müəllimlər İnstitutu 1943 — H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu 1989 — H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu 2000 — Gəncə Dövlət Universiteti "Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması — REFRESH" layihəsi çərçivəsində UNEC ilə tərəfdaşdır.

Maddi-texniki bazası right|thumb|Gəncə Dövlət Universitetinin əsas binası

Gəncənin mərkəzi hissəsində institutun 6 tədris binası, tələbə şəhərciyində yerləşdirilmiş yataqxanaları vardır.

Universitetin 6 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompüter avadanliğı ilə təhciz olunmuş informasiya mərkəzi vardır. Universitetdə distant təhsil metodlarının tətbiqi ilə fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyasının – GDU filialı" tələbələrin müasir İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlığına xidmət edir.

Tərkibi

Kolleclər Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci

Fakültələr Riyaziyyat-informatika fakültəsi Fizika və texniki fənlər fakültəsi Kimya-biologiya fakültəsi Filologiya fakültəsi Tarix və coğrafiya fakültəsi Xarici dillər fakültəsi Pedaqoji fakültə İqtisadiyyat və idarəetmə fakültəsi

Məşhur məzunları Nəriman Həsənzadə — şair və dramaturq; Altay Məmmədov — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim; Hüseyn Əhmədov — pedaqoq və alim; Ramiz Aslanov — alim; Nəcəf Nəcəfov — pedaqoq və alim. İnqilab Nadirov — şair, dramaturq, publisist, dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin X, XI və XII çağırış deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü. Mütəllim Həsənov — yazıçı və jurnalist, "Həsən bəy Zərdabi mükafatı" laureatı; Nizami Quliyev — dövlət xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı; Qəşəm Nəcəfzadə — yazıçı və publisist; Qafar Cəbiyev — tarixçi alim, "Qızıl qələm mükafatı" laureatı; Rafil İmanov — riyaziyyatçı və pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi.

Beynəlxalq əlaqələri Qafqaz Universitetlər Birliyinin üzvüdür.Tüm Uyeler . kunib.com

İstinadlar

Xarici keçidlər Gəncə Dövlət Universitetinin rəsmi saytı