Xilafətin ləğvi — dünyada sonuncu tanınmış xilafət olan Osmanlı xilafətinin Türkiyə Böyük Millət Məclisinin 3 mart 1924-cü il tarixli fərmanı ilə ləğv edilməsi. Bu proses Atatürkün Osmanlı imperiyasının Türkiyə Cümhuriyyəti ilə əvəzlənməsindən sonra həyata keçirdiyi islahatlardan biri idi. II Əbdülməcid sonuncu Osmanlı xəlifəsi kimi taxtdan salınmışdı.
Xəlifə nominal olaraq dünyadakı bütün müsəlmanların ali dini və siyasi lideri idi. Hadisədən əvvəlki illərdə, davam edən Türkiyə İstiqlaliyyət müharibəsi zamanı xilafətin qeyri-müəyyən gələcəyi dünya miqyasında sünni islam icması arasında kəskin reaksiyalara səbəb olmuşdu. Xilafətin ləğv edilməsi ehtimalına Hindistandakı Xilafət hərəkatı fəal şəkildə qarşı çıxmış, bütün müsəlman dünyasında qızğın müzakirələrə səbəb olmuşdu. Xilafətin ləğvi Osmanlı sultanlığının ləğvindən 18 aydan az bir müddət sonra baş vermişdi.
Həmçinin bax
Osmanlı sultanlığının ləğvi
Mənbə İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Mustafa Kamal Atatürk Kateqoriya:1924-cü ildə ləğv olunanlar Kateqoriya:Reformist hərəkatlar Kateqoriya:İslam tarixi Kateqoriya:Xilafət