Yuri Georgiyeviç Abov (; ) — SSRİ və Rusiya eksperimental fiziki. O, 1991-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur (1987-ci ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü), 1974-cü ildə "Lenin" mükafatına layiq görülmüşdür.Энциклопедический словарь. 2009. Абов Юрий Георгиевич.
1947-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir. Elmi fəaliyyətin əsas istiqamətləri aşağı enerjilər sahəsində fundamental nüvə fizikası tədqiqatları, beta-NMR spektroskopiyasıdır. Nüvələrdə nuklonların zəif qarşılıqlı təsirini kəşf etmişdir. Elmlər Akademiyasının Nəzəri və Eksperimental Fizika İnstitutunun laboratoriya müdiri, "Yadernaya fizika" jurnalının baş redaktoru olmuşdur. Kotlyakovski qəbiristanlığında dəfn edilmişdir.
Qeydlər
Xarici keçidlər Биографический очерк Историческая справка Статьи Юрия Георгиевича Абова (и о нём) в журнале «Успехи физических наук» К 90-летию Ю. Г. Абова // «Ядерная физика», 2012, т. 75, № 11, с. 1500—1501 Статья в Большой украинской энциклопедии
Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Rusiya fizikləri Kateqoriya:Rusiya Elmlər Akademiyasının müxbir üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri