– 1907-ci ilin fevralında Yaponiyanın Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində baş vermiş iğtişaş. Daha yaxşı iş şəraiti tələb edən mədənçilər qiyam qaldıraraq mədən tikililərinə böyük zərər vurmuşdurlar.
Tarixi 1906-cı ildə Naqaoka Tsuruzo və Minami Sukematsunun başçılığı altında 600 mədənçi Yaponiya Mədənçilər Birliyinin Aşio şöbəsini yaratmışdır. Onlar daha yaxşı iş şəraiti və maaşların 60% artırılmasını tələb etməyə başlamışdırlar.
Mədənçilərin tələbləri qarşılanmadığı üçün 4 fevral 1907-ci ildə Aşio mis mədənində qiyam başlamışdır. Mədənçilər telefon xətlərini kəsmiş, mühafizə qüllərinə və digər şirkət binalarına hücum etmişdirlər, lakin polislər onları dayandıra bilmişdirlər. 6 fevralda mədənçilər əsas mühafizə qülləsini dinamitlə partlatmış və 130 tikilini yandırmışdırlar. Qiyam zamanı sadəcə bir nəfər – sərxoş qiyamçı ölmüşdür.
Yaponiya hökuməti mədəndə hərbi vəziyyət elan etmiş və 7 fevralda qiyamı yatırmaq üçün 3 hərbi birlik göndərmişdir. 628 mədənçi saxlanılmış, 182 mədənçi qiyam başlatmaqla ittiham olunmuş və 82 mədənçiyə həbs cəzası verilmişdir.
Nəticəsi Qiyamdan sonra şirkət islahatlar aparmış və mədənçilərin maaşını 20% artırmışdır. Mədənçilər daha çox müstəqillik əldə etmişdirlər. Aşio mədənində baş verən qiyam Yaponiyanın başqa yerlərində də mədən qiyamlarının baş verməsinə təsir göstərmişdir. Bunlardan biri Beşşi mis mədəni qiyamı olmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:1907-ci ildə Yaponiya Kateqoriya:Yaponiyada etiraz aksiyaları Kateqoriya:Nikko