Yelena Topiya (; ) — Kruya bölgəsini üç müddət ərzində suveren ölkə olaraq qoruyub saxlayan Topiya ailəsindən alban şahzadəsi; 1388–1392, 1394–1402 və 1403–1404-cü illərdə ölkəni idarə edib.
Həyatı Şahzadə Yelena Topiya Karl Topiya və Voysava Balşanın böyük qızı idi. Onun ilk evliliyi venesiyalı zadəgan Marko Barbariqo ilə olub. Atasının ölümündən sonra, 1388-ci ildə, o, Kruya Qalasını və ətraf bölgəni miras aldı. 1392-ci ildə əri ilə Venesiya qoşunları arasındakı düşmənçilik nəticəsində Venesiyaya sadiq olan ögey qardaşı Nikita Topiya Kruya şəhərinə hücum etdi və onları Balşiç ailəsi arasında sığınacaq tapmağa məcbur etdi.
1394-cü ildə Osmanlılar tərəfindən Kruyanı idarə etmək üçün təyin edilən Konstantin Balşiç onunla evləndi. Konstantin Osmanlı vassalı kimi hökm sürdü və 1402-ci ildə öldürüldü. 1403-cü ildə Nikita Topiya Yelenadan qalanı ələ keçirdi. Konstantinin ölümündən sonra Yelena və oğlu Stefan əvvəlcə Venesiyaya getdilər, sonra isə bacısı Mariya ilə birlikdə yaşadılar.
Evlilikləri Öncə Marko Barbariqo, daha sonra 1394-cü ildə Konstantin Balşiçlə evləndi. Onun Konstantindən Stefan Maramonte adlı oğlu oldu.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər Kateqoriya:Albaniyanın qadın şahzadələri